Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azerçay” “Qələbə qaçışı” marafonuna dəstək verib
“Azerçay” “Qələbə qaçışı” marafonuna dəstək verib

Doğma çay - “Azerçay” Zəfər Gününə həsr olunan “Qələbə Qaçışı 2022” marafonunu dəstəkləyib. Milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan və müxtəlif sosial layihələrdə iştirak edən doğma milli marka 4 nöqtədə tədbir iştirakçılarını çay süfrəsinə qonaq edib.

“Made in Azerbaijan” adını ölkə hüdudlarından kənarda yüksək səviyyədə təmsil edən “Azerçay”ın ləziz təamlı çayları hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, Zəfər Gününə həsr olunmuş marafonda doğma çayımız qaliblərə hədiyyələr də təqdim edib.

“Azerçay” “Qələbə qaçışı” marafonuna dəstək verib

Qeyd edək ki, “Azerçay” mütəmadi olaraq həm ölkə daxilində, həm də xaricində dəyərlərimizin təbliği məqsədi ilə keçirilən layihələrdə yaxından iştirak edir və gələcəkdə də ənənələrinə sadiq qalacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »