Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon rəhbərinin müavini Türkiyə və Polşadan olan həmkarları ilə məsləhətləşmələr aparacaq
Pentaqon rəhbərinin müavini Türkiyə və Polşadan olan həmkarları ilə məsləhətləşmələr aparacaq

ABŞ müadafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Türkiyə və Polşadan olan həmkarları ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

APA xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Uollanderin Türkiyə və Polşaya səfərə başlayıb.

ABŞ müdafiə nazirinin köməkçisi Türkiyədə yüksək səviyyəli ikitərəfli komissiyanın işində iştirak edəcək.

O, Türkiyə hərbi idarəsinin nümayəndələri ilə regionda təhlükəsizlik məsələləri və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Uollander Polşada hökumət rəsmiləri ilə Ukraynaya dəstək, müdafiə təchizatı və Avropada təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaq. O, Polşada yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »