Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə ehtimalı azdır
Stoltenberq: Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə ehtimalı azdır

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NTV telekanalına müsahibəsində Rusiyanın Ukraynada nüvə silahından istifadə ehtimalını dəyərləndirib və “taxıl dəhlizinin” dayandırılmasının risklərindən danışıb.

Bizimyol.info xəbər verir ki, Yens Stoltenberq hesab edir ki, Rusiyanın nüvə silahından istifadə olduqca az ehtimal edilə bilər: "Risk azdır və biz Kremlin belə addım atacağını güman etmirik", - deyib.

O qeyd edib ki, “taxıl dəhlizi”nin ikinci dayanacağı riski Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni dayandırılana qədər qalacaq: “Aclıqla mübarizə aparmaq üçün Ukrayna taxılının dünya ölkələrinə daşınması davam etməlidir. Bunun üçün də Rusiya prezidenti Vladimir Putin müharibəyə son qoymalıdır. Hazırkı vəziyyətdə taxıl sazişi son dərəcə vacibdir, müharibə isə həm də buradan min kilometrlərlə uzaqda yaşayan, açlıq çəkən insanları da təhlükə altında saxlayır”, - NATO-nun baş katibi bildirib.

O, həmçinin bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl sazişinin əldə edilməsi və yenidən həyata keçirilməsi üçün göstərdiyi xidmətlərə görə minnətdardır.

Oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən Qara dəniz donanmasının atəşə tutulması ilə əlaqədar Rusiya iyulun 22-də İstanbulda bağlanmış taxıl müqaviləsində iştirakını noyabrın 19-dək dayandırır.

“Oktyabrın 29-da Kiyev silahlı qüvvələri tərəfindən britaniyalı mütəxəssislərin iştirakı ilə Qara dəniz donanmasının hərbi və mülki gəmilərinə qarşı həyata keçirilən hərbi hücumu nəzərə alaraq, həmçinin “taxıl dəhlizinin” təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır”, - deyə nazirlikdən bildirilib.

Bununla belə, artıq noyabrın 2-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Rusiya Federasiyasının Qara dəniz taxıl təşəbbüsündə iştirakını bərpa etdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiyaya humanitar dəhlizdən yalnız təyinatı üzrə istifadə olunacağına dair kifayət qədər təminat verilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »