Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran təyyarəsinin Moskvaya silah gətirdiyi ehtimal olunur - Foto
İran təyyarəsinin Moskvaya silah gətirdiyi ehtimal olunur - Foto

Dəlillər göstərir ki, Ayətullah rejimi Ukraynaya qarşı silahlı təcavüzdə Rusiyaya kömək etməkdə davam edir.

Bizimyol.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, cümə axşamı, noyabrın 4-də Tehrandan "İl-76" yük təyyarəsi Moskvaya gəlib. Çox güman ki, o, rus işğalçıları üçün Ayətullah rejiminin yeni silah partiyasını çatdırıb. Ukraynaya qarşı silahlı təcavüzdə İranın hərbi yardımından rus ordusu fəal istifadə edirlər.

Bu qənaətləri "Bild" nəşri Vnukovo hava limanında təyyarənin boşaldılması zamanı çəkilmiş iki fotoşəkilə istinadən paylaşıb. Portala anonim mənbədən şəkillər daxil olub.

Şəkillər "İl-76"nın göyərtəsində olan böyük qutuların paletlərini forkliftlərin necə daşıdığını göstərir. Bununla belə, silahların çatdırılması təkcə qutuların forması və ölçüsü ilə sübut olunmur. Moskvada eniş edən təyyarə İranın özəl "Pouya Air" aviaşirkətinə məxsusdur. Bu aviaşirkət 2012-ci ilə qədər "Yas Air" adlanırdı, lakin ABŞ sanksiyalarına məruz qaldıqda rebrendinq edildi.

Teyyare -yuk - Iran

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, aviaşirkət “qeyri-qanuni yüklərin daşınması” ilə məşğul olub. Bura Yaxın Şərqdəki iranlı müştərilər üçün silahlar da daxildir. Çatdırılmalar İslam İnqilabı Keşikçiləri Ordusunun hərbi-siyasi quruluşu adından həyata keçirilib.

Noyabrın 4-də Ukrayna kəşfiyyatı təsdiqləyib ki, Moskva və Tehran ballistik raketlərin də daxil olduğu yeni silah partiyasının tədarükü ilə bağlı bütün müqavilələri bağlayıb. Bununla belə, yeni müqavilə çərçivəsində ilk tədarüklərə cəmi 200 dron daxildir.

İran noyabrın 5-də ilk dəfə olaraq Rusiyaya kamikadze dronları satdığını etiraf edib. Amma bu, guya Ukrayna ilə müharibədən əvvəl olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »