Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reznikov: ABŞ-ın paket yardımı 21-ci əsrin təhlükəsizliyinə sərmayədir
Reznikov: ABŞ-ın paket yardımı 21-ci əsrin təhlükəsizliyinə sərmayədir

"ABŞ-ın Ukraynaya etdiyi yeni paket yardımı 21-ci əsrəin təhlükəsizliyinə yatırılan sərmayədir".

Bizimyol.info xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov öz "Twitter" səhifəsində ABŞ prezidenti Co Baydenə, ABŞ-ın müdafiə naziri Lloyd Ostinə və bütün Amerika xalqına Rusiyanın təcavüzünə qarşı mübarizədə göstərdikləri köməyə görə təşəkkürünü bildirib.

“ABŞ-ın yeni 400 milyon dollarlıq təhlükəsizlik yardımı paketi xeyirin şər üzərində qələbə çalması və təhlükəsiz 21-ci əsrə sərmayə qoyuluşu istiqamətində daha bir addımdır. Hər bir hava hücumundan müdafiə sistemi onlarla ukraynalının həyatını xilas edəcək. Hər bir tank yüzlərlə işğalçını məhv edəcək”, - Ukraynanın müdafiə naziri vurğulayıb.

Ukrayna mətbuatı daha əvvəl xəbər verdiyi kimi, noyabrın 4-də Pentaqon Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb. Buraya, digərləri ilə yanaşı, 250 "M1117" zirehli transportyoru, 40 zirehli kater, 1,1 min "Phoenix Ghost" pilotsuz uçan aparatı daxildir.

Pentaqonun məlumatına görə, ABŞ və Hollandiya, həmçinin Çexiyada saxlanılan "T-72" tanklarının bərpasını birgə maliyyələşdirəcək. Ümumilikdə Ukraynaya 90 tank təhvil veriləcək ki, onların da bir hissəsi bu ilin sonuna qədər gələcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »