Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Rusiyadan Qarabağla bağlı təkliflərini həyata keçirəcəyini gözləyir"
"Ermənistan Rusiyadan Qarabağla bağlı təkliflərini həyata keçirəcəyini gözləyir"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, hələ Soçi sammitindən əvvəl Ermənistan tərəfi Qarabağ məsələsinə toxunan Rusiyanın təkliflər paketinə dəstək nümayiş etdirməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, Armen Qriqoryan bildirib ki, Rusiya tərəfi onlara bunun baş verəcəyinə söz verib, amma olmayıb.

“Yeri gəlmişkən, biz istəyirdik ki, sülhməramlıların yerləşdirilməsi məsələsində Dağlıq Qarabağda sülhməramlıların yerləşdirildiyi göstərilsin, lakin elə oldu ki, bu, yekun bəyanatda yer almadı”, - deyə o, müsahibəsində bildirib.

Eyni zamanda o qeyd edib ki, Ermənistan tərəfi Rusiya Federasiyası ilə bu məsələdə fəaliyyətini davam etdirəcək və uğur qazanmağa çalışacaq.

“Baş nazirin artıq bəyan etdiyi kimi, Ermənistan tərəfi sülhməramlıların Dağlıq Qarabağda qalma müddətinin 10, 15 və ya daha çox il uzadılmasına dair sənəd imzalamağa hazırdır. Görünür, Rusiya tərəfində belə bir anlayış var ki, bu istiqamətdə işləməyə və həll yollarını tapmağa çalışmaq lazımdır”.

“Rusiya Azərbaycanla işləməyə söz veribmi?” sualına cavabında isə Qriqoryan deyib ki, “danışıqlar vədlər deyil, yanaşmaların müzakirəsidir”.

“Ermənistan öz yanaşmalarını və gözləntilərini təqdim edib və gözləyir ki, Rusiya tərəfi onları reallaşdırmaq üçün çalışacaq. Rusiya tərəfi açıq şəkildə bəyan edib ki, Ermənistan tərəfi üçün yaxşı təklifləri var və erməni tərəfi bu gündəliyi tam dəstəkləyir. Burada Rusiyanın vəzifəsi bu təklifləri həyata keçirməkdir. Və burada başa düşmək çox vacibdir ki, təklif bir şeydir, onların həyata keçirilməsi isə başqadır”, - deyə o ,vurğulayıb.

Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Ermənistan həll yollarının tapılması və regiona uzunmüddətli sülhün gətirilməsi istiqamətində bütün tərəfdaşları ilə eyni intensivliklə işləməyə davam edəcək:

“Hansı variantın daha çox ehtimal olunduğunu anlamaq üçün tərəfdaşlarımızla işləyəcəyik. Ermənistan uzunmüddətli perspektivdə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını təmin edəcək belə təminat və mexanizmlərin yaradılması üzərində işləməyə davam edəcək”.

Azərbaycanla danışıqlar apara biləcək digər qüvvələrin Qarabağda daha bir sülhməramlı kontingentin yerləşdirilməsi variantının Yerevan üçün məqbul olub-olmaması sualına cavab olaraq Qriqoryan deyib ki, təhlükəsizlik və hüquqların müdafiəsi məsələsi İrəvan üçün prioritet məsələdir:

“Bu mühafizənin necə həyata keçiriləcəyi ikinci dərəcəli sualdır. Prioritet təhlükəsizlik mexanizmləri, onların etibarlılığı və uzunmüddətliliyi məsələsidir. Biz isə bu istiqamətdə işləyirik. Ermənistan tərəfi bu mövzuları başqa heç bir tərəfdaşla müzakirə etməyib”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »