Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mitinqdən sonra müxalifət İrəvanın mərkəzində yürüşə başlayıb
Mitinqdən sonra müxalifət İrəvanın mərkəzində yürüşə başlayıb

Fransa meydanında keçirilən mitinqdən sonra “Müqavimət” hərəkatı İrəvanın mərkəzi küçələri ilə yürüşə başlayıb.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, milli hökumətin formalaşdırılması müxalifətin gündəmində qalır.

Korteji elan edən hərəkatın koordinatoru, deputat İşxan Saqatelyanın sözlərinə görə, iştirakçılar simvolik aksiyanın keçiriləcəyi hökumət binasına çatmaq niyyətindədirlər. Daha sonra müxalifət “Place de France”a qayıdacaq və orada növbəti addımlarını elan edəcək.

Erməni siyasətçi onu da bildirib ki, bir nəfər, yəni Baş nazir Nikol Paşinyanın Ermənistanın və xalqının taleyini şəxsən təyin etmək hüququ yoxdur. Və danışıqlar nəticəsində Ermənistanın üzərinə qoyulacaq, onun maraqlarını əks etdirməyən istənilən sənəd meydanda cırılacaq.

Müxalifətçi qeyd edib ki, Ermənistan Qarabağla bağlı danışıqlardan heç vaxt imtina etməyib və indi də imtina etmir. Amma danışıqlar milli rüsvayçılıq və yeni itkilər bahasına aparılmamalıdır.

“Müxalifətin qarşısına qoyduğu vəzifə isə onun sıralarından birinin baş nazir olması ilə bitmir. Məsələ əslində daha ciddidir: Qarabağın və Ermənistan Respublikasının özünün taleyi təhlükə altındadır. İndiki komandanın hakimiyyətdə qalması fəlakətlə doludur”.

Hərəkat nümayəndəsi əmindir ki, müharibədəki məğlubiyyətdən sonra ölkənin imicinin bərpası, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi yalnız dövlətin və xalqın maraqlarını önə çəkən yeni hökumətin gəlişindən sonra mümkündür.

“Ermənistan Respublikası, “Dağlıq Qarabağ” və diaspor üçlüyünü bərpa etməli, güclü müdafiə və təhlükəsizlik sistemi yaratmalı və bütün bunları peşəkar, vətənpərvər soydaşların iştirakı ilə etməlidir.

Hərəkat bundan əvvəl də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə çoxsaylı müzakirələr aparıb”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »