Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdən Türkiyə qarşısında geri addım: Tələblərə əməl ediləcək
İsveçdən Türkiyə qarşısında geri addım: Tələblərə əməl ediləcək

İsveç xarici işlər naziri Tobias Billstrom mətbuata verdiyi açıqlamada yeni hökumətin PYD və YPG terror təşkilatlarından uzaqlaşacağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyənin NATO-ya üzvlüyünə razılığını gözləyən İsveçdən daha bir flaş qərar gəlib. İsveç xarici işlər naziri Tobias Billstrom İsveçin baş naziri Ulf Kristerssonun Türkiyəyə səfəri öncəsi Sveriges Radio üçün vəziyyəti dəyərləndirib.

Ekot adlı proqramda danışan Billstrom yeni hökumətin PYD/YPG-dən uzaqlaşmaq qərarına gəldiyini açıqlayıb və  “Bu təşkilatlarla AB-nin terror siyahısında olan PKK arasında yaxın əlaqə var. İsveç-Türkiyə münasibətləri üçün yaxşı deyil”,- deyə bildirib.

Bundan əlavə, İsveçin baş naziri Ulf Kristersson da bu yaxınlarda İsveç TV4 kanalına verdiyi açıqlamada, "Türkiyənin təhlükəsizlik problemlərinə ciddi yanaşırıq və terrorla mübarizədə ortaq marağımız var ",- deyə vurğulayıb.

Kristersson həmçinin bildirib ki, PKK-ya bu qədər yaxın olan təşkilatlarla əməkdaşlıq olmamalıdır. Digər tərəfdən, xarici işlər naziri Tobias Billstrom Sol Partiyadan olan siyasətçilərin özünü PKK kimi göstərməsinin qəbuledilməz olduğunu da bildirib.

Tvitter hesabından açıqlama verən Billstrom "PKK terror təşkilatıdır və bu cür davranış demokratiyaya yaraşmaz" ifadələrindən istifadə edib.

NATO-nun baş katibi Yens Stoltenberq bu gün CNN Türk-ə özəl açıqlama verərək, İsveç və Finlandiyanın Türkiyənin narahatlığını ciddiyə aldığını bildirib və deyib: “Oradakı bəzi terrorçular mütəşəkkil cinayətə görə məsuliyyət daşıyırlar. Burada ortaq maraq var. Baş nazir Ankaraya gələndə Türkiyə ilə lazımi detalları müzakirə edəcək. Ekstradisiya prosesi Ankarada müzakirə olunacaq ”.

Məlumat üçün bildirək ki, NATO-nun iyun ayında keçirilən Zirvə toplantısında İsveçdə sol mərkəzçi hökumət və Finlandiya hökuməti Türkiyə ilə anlaşma memorandumu imzalayıb. Müvafiq olaraq, İsveç və Finlandiya terror təşkilatı PKK-nın Suriyanın şimalında fəaliyyət göstərən qolu YPG-yə dəstəyini kəsməyi və 2019-cu ildə Suriyada keçirilən əməliyyatla əlaqədar Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv etməyi öhdəsinə götürmüşdü.

Bu iki ölkə Ankaranın tələb etdiyi terror şübhəlilərini də Türkiyəyə təhvil vermək niyyətində idi. Bu şərtlərin yerinə yetirilməsi müqabilində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı vetosunu ləğv edəcək.

Həmçinin, Türkiyə bildirir ki, İsveçdə 11 sentyabr seçkilərindən sonra hakimiyyətə gələn sağ mərkəzçi hökumət Türkiyənin tələblərinin yerinə yetirilməsi istiqamətində daha qətiyyətli mövqe nümayiş etdirib.

Qeyri-rəsmi rəqəmlərə görə, İsveçdə 1980-ci illərdən bəri İraq, İran və Türkiyədən köç edən təxminən 100 min kürd var. Kürd əsilli əhalinin bir hissəsi terror təşkilatı PKK/YPG -yə yaxındır. İfadə azadlığı və mədəni hüquqlar adı altında İsveç yaxın vaxtlara qədər tez-tez Türkiyəyə qarşı terror tərəfdarlarının hərəkətlərinə göz yumurdu.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »