Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun baş katibi Stoltenberq: Putin bu müharibəni bitirə bilər
NATO-nun baş katibi Stoltenberq: Putin bu müharibəni bitirə bilər

NATO-nun baş katibi Yens Stoltenberq müxtəlif görüşlər keçirmək üçün getdiyi İstanbulda gündəmlə bağlı sualları cavablandırıb.

Bizimyol.info xəbər verir ki, Stoltenberq deyib: “Bu, hücum müharibəsidir. Rusiya, Putin başqa ölkəni işğal edir. Təbii ki, Ukraynanın Rusiyanın bu hücumlarla ələ keçirdiyi torpaqlarını geri almaq üçün özünü müdafiə etmək hüququ var. Biz başa düşməliyik ki, Putin bu müharibəni başlatdı. Bu onun seçimi idi və istəsə sabah bu müharibəni bitirə bilər”.

Ukraynaya dəstək vermənin NATO-nun üzərinə düşən vəzifə olduğunu bildirən Stoltenberq onu da bildirib ki, o, bu müharibənin müəyyən mərhələdə danışıqlar masası arxasında bitəcəyinə inanır.

“Amma biz onu da bilirik ki, Ukraynanın danışıqlar masasında nə əldə edə biləcəyi mütləq onun döyüş meydanındakı gücündən asılıdır”,-deyə o, bildiribş

Finlandiya və İsveçin NATO-ya namizədliyinə toxunan Stoltenberq, “Biz gördük ki, Finlandiya və İsveç terrorla mübarizə ilə bağlı gücləndirici qanunları tətbiq edib və Türkiyəyə silah ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Biz Türkiyə, Finlandiya və İsveçin terrorla mübarizədə bir çox başqa mövzularda görüşdüyü və birgə işlədiyi daimi mexanizm, struktur yaratdıq. Ona görə də hesab edirəm ki, iyun ayında imzaladığımız Qoşulma Protokolunu ratifikasiya etməyin və üzvlük prosesini başa çatdırmağın vaxtı çatıb”,-deyə bildirib.

NATO-nun baş katibi Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı suala isə belə cavab verib: “Hər hansı bir nüvə silahından istifadə ehtimalı hələ də aşağıdır, lakin eyni zamanda nəticələri böyük və dağıdıcıdır. Ona görə də riskə ciddi yanaşmalıyıq”.

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »