Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu konsepsiya Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyasını nəzərdə tutur"
"Bu konsepsiya Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyasını nəzərdə tutur"

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, ora həyatın qayıtması, Azərbaycan dövlətinin orta və uzunmüddətli strategiyasını əhatə edir. Bu strategiyanın da həyata keçirilməsi üçün isə, zaman-zaman müəyyən müvafiq taktiki addımlar da atılır. Buna dair 2030-cu ilə qədər nəzərdə tutulmuş milli prioritetlər sənədi, o cümlədən ölkə başçısının imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam, eyni zamanda 2022-2026-cı illəri əhatə edən sənəddə də bu işlərə dair müvafiq istiqamətlər göstərilib.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pünhan Musayev Qarabağın yenidən qurulma işləri və s. haqqında danışarkən bildirib. Onun sözlərinə görə, bu konsepsiyaların vahid bir məqsədi ondan ibarət olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlər və situmullaşdırıcı mexanizmlərin hazırlanması, o cümlədən sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə orada iş yerlərinin yaradılması və bütövlükdə Qarabağa həyatın yenidən qaytarılması, həmçinin Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyasının həyata keçirilməsini nəzərdə tutur.

Pünhan Musayev Pünhan Musayev

“Sadalanan bu tədbirlərin həyata keçirilməsi üçüm xüsusi maliyyə mənbəyi isə dövlət büdcəsinin vəsaitləridir. Hansı ki, bu vəsaitlər dövlət büdcəsinin xərclərinin tərkibində, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması adlı paraqrafda əks olunmuşdu. 2021 və 2022-ci illər üzrə bu vəsaitlərin həcmi hər biri ayrı ayrılıqda 2,2 milyard manata bərabər olmuşdur. Gələn il üçün bu vəsaitin 3 milyard manata qaldırılacağı nəzərdə tutulmuşdur. Vəsaitlərin icra edilməsi baxımından, 2021-ci il də sərf olunan vəsaitlər proqnoza bir qədər yaxın yəni 2,1 milyard manatdan bir qədər yuxarı olmuşdur. Cari ilin sonunda bu vəsaitin 2,7 milyard manata çatacağı gözlənilməkdədir. Əsasən bu istiqamətdə keçid layihələrinin icrası üçün, nəzərdə tutulan bu maliyyələşmələrdən əlavə həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün, təqdim edilmiş sənədlərdə müxtəlif vergi və gömrük sahəsində müəyyən güzəştlərin və azadolunmaların tətbiqi də nəzərdə tutulmuşdur” - deyən iqtisadçı bildirib ki, qeyd olunan bu güzəştlər, müxtəlif sahə və istiqamətlər üzrə nəzərdə tutulmaqla həmçinin qarşıdakı illərdə ərazilərin bərpası üçün dövlət büdcəsindən maliyyələşmə resurslarına da bir qədər qənaət etməyə kömək edəcəkdir. Bu güzəştlər də maliyyə resurslarına qənaət etməklə yanaşı, həmçinin xarici investorlar üçün bir qədər cəlb edici əhəmiyyətə malik olmaqla, yekun nəticədə Qarabağa dünya praktikasının gətirilməsinə müəyyən bir şərait formalaşdıracaqdır.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »