Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlcəzairdə qorxunc soyqırım törədənlər yenə işğalı dəstəkləyir
Əlcəzairdə qorxunc soyqırım törədənlər yenə işğalı dəstəkləyir

Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul etməyi planlaşdırır.

Azəraycan torpaqlarının 30 il işğal altında qalmasına, bir milyondan çox qaçıqın və məcburi köçkünün olmasına, tarixi-mədəni abidələrinin dağıdılmasına göz yuman Fransa Azərbaycanı işğalçı adlandırır.

Azərbaycan və işğal...

Maraqlıdır ki, 1915-ci il qondarma erməni soyqırımını daim əldə silah kimi istifadə edən, 1,5 milyon əlcəzairilinin ölümünə səbəb olan Fransa hansı haqla Azərbaycanı işğalçı adlandırır.

Qeyd edək ki, Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, 132 il Fransanın işğalı altında qalıb. Bu dövr ərzində Əlcəzair szöün əsl mənasında qanla boğulub.

Təkcə, 1954-cü ilin noyabrından 1962-ci ilin martına qədər davam edən milli azadlıq savaşı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib.

Eyni zamanda Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib.

Amma dünya hər zamankı kimi ikili standart sərgiləyərək, susub...

Politoloq Samir Hümbətov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa Əlcəzairdə 1,5 milyon insanın qətlinə səbəb olan davranışlar sərgiləyib. Bu əslində böyük bir soyqırım cinayətidir.

Samir Hümbətov Samir Hümbətov

Düzdür, bu tam şəkildə dünya dövlətləri tərəfindən soyqırım kimi qəbul edilməsə də, Fransanın bu addımı həm soyrıqım, həm də işğalçılıq müharibəsinin tərkib hissəsindən biridir.

Politoloq hesab edir ki, bu gün Fransa Azərbaycana qərəzli mpvqedən yanaşaraq, belə bir qərəzli qərar qəbul etmək sevdasına düşməsi ondan xəbər verir ki, deməli Fransa həm erməni lobbisinin təsiri altında fəaliyyət göstərir.

Fransız siyasətçiləri özlərinin deyil, erməni lobbisinin dediklərini diktə etməyə çalışırlar.

“Digər tərəfdən isə, ümumiyyətlə müsəlman türk aləminə qarşı anti-müsəlman, anti-türk mövqelərindən çıxış etdiklərini bir daha ortaya qoymuş olurlar.

Belə bir faktorun ortaya çıxması təkcə, Azərbaycanla bağlı deyil. Zaman -zaman Fransanın Türkiyə ilə bağlı münaisbətləri də belə olub. Türkiyəyə qarşı da qərəzli mövqe nümayiş etdiriblər.

Hətta uydurma erməni soyqırımını Fransanın tanıması Türkiyəyə qarşı istifadə etməsi deməkdir.

Hökümət müvafiq tədbirlər görəcək.

Bununla bağlı hərhalda hökümətin özünün konsepsiyası var”-deyən ekspert bildirib ki, Fransa əgər Azərbaycanı işğalçı dövlət kimi tanımaq niyyətinə düşərsə, o zaman artıq Azərbaycan da adekvat addımlar ata bilər ki, bunun tərkibində iqtisadi -siyasi münaisbətlərə yenidən baxmaq, regionla bağlı Fransanın atacağı addımları yenidən nəzərdən keçirmək və gələcəkdə regionda baş verən proseslərdə Fransanın mövqeyinin və yaxud iştirakının nə dərəcədə olmasnının yenidən baxılması məsələsi gündəmə gələ bilər.

Politoloqun fikrincə, Fransanın atdığ bu addım Azərbaycab tərəfindən mütləq qarşılıq veriləcək və bununla bağlı ciddi əsasslar və baza da mövcuddur.

P.S. Bu gün Fransanın davranışlarına diqqət edəndə, sadəcə öz gücünü haqqa və ədalətə göz yumaraq, işağlı dəstəkləyən bir ölkə görürük.

Bəli, başa düşürük ki, Fransa ermənipərəst bir ölkədir. Fransada güclü erməni lobbisi var. Və baaş düşür ki, bu gün Fransa siyasətçiləri sadəcə ermənilərin çaldığına oynayacaq qədər aciz və gücsüzdür.

Biz onu da başa düşür ki, Fransa tarix boyu ədalətsizliyə yelkən açan ölkə olub.

Öldürürən, məhz edən siyasət irəli sürüb. Və biz onu da görürük ki, prezidentlər dəyişsə də, siyasi mövqe dəyişmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »