Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vardanyanın Qarabağa gəlməsi siyasi oyundur"
"Vardanyanın Qarabağa gəlməsi siyasi oyundur"

Bir neçə gün öncə, Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan Ruben Vardanyanı “yeni dövlət naziri” təyin edərək, onu hökumət üzvlərinə təqdim edib.

Milyarder Ruben Vardanyan “Troyka Dialoq” (Sberbank CIB) şirkətinin keçmiş rəhbəri, Skolkovo Moskva Menecment Məktəbinin ilk prezidenti olub. “Forbes” məlumatlarına görə,  Vardanyanın 1,3 milyard dollar dəyərində sərvəti var. 2000-ci ildən bəri Rusiya Sənayeçiləri və İş adamları Birliynin üzvü olan Ruben Vardanyan bir sıra böyük şirkətin CEO-su və rəhbər vəzifələrində olub. Ancaq nədənsə, bu il sentyabrın əvvəlində Ruben Vardanyan, Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətinə düşüb. Məhz bundan sonra qondarma DQR-in rəhbəri Ruben Vardanyana hökumət başçısı vəzifəsini təklif edib.

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vardanyanın bölgəyə gəlməsi, Rusiya vətəndaşlığından imtina etməsi siyasi şoudur. Heç bir vaxt o Rusiyada vətəndaşlıqdan imtina edib öz varidatını qondarma bir qurumun ərazisinə gətirə bilməz. Bu siyasi bir oyundur. Eyni zamanda, sülhməramlı qüvvələrin ərazidə olması və əraziyə nəzarət etməsi məsələsi də Vardanyanın gəlişi ilə bu və digər dolayı şəkildə üst-üstə düşə bilər.

Arzu Nağıyev Arzu Nağıyev

“Yəni məqsəd məlumdur ki, nəyin bahasına olursa-olsun Arayik Aratunyanı bu ərazidən çıxartmaq, çünki onun cinayətləri çoxdur. Gələcəkdə hətta Paşinyanı əvəz edə biləcək bir qüvvə varsa, Rusiyanın nəzarəti altında olan Vardanyan ola bilər. Bunların hamısı təbii ki, sülhə zərər gətirə biləcək amillərdir. Sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya prosesinin uzadılması,  sərhədlərlə bağlı komissiyaların fəaliyyəti həm ABŞ-da həm Brüsseldə bu proseslər davam edirsə, Soçi görüşü və Praqa görüşü olursa, bunların hamısını saymamaq, bu ancaq siyasi gedişlərdir. Eyni zamanda, daxili siyasət ilə də bağlıdır. Bunlar bir mənalı şəkildə təsir edən amillərdir. Lakin, Azərbaycan tərəfi də o beş prinsipi qoyub ortaya. Cənab prezident bir daha bəyan etdi ki, Qarabağ məsələsi bitib. Bu kontekstdən də Azərbaycan addımlar atacaq” - deyə deputat bildirib. O, qeyd edib ki, havadarları eyni zamanda, Vardanyanları Qarabağ ərazisinə ixrac edənlər də başa düşməlidirlər ki, regionda hər hansı təhlükəli vəziyyət yaranarsa, bu tək regional məsələ deyil, bütün beynəlxalq aləmdə öz təsirini göstərəcəkdir. Buna görə də məhz Vardanyanın, istər digərlərinin bu və digər şəkildə bu prosesə təsir etməsi ciddi fəsadlara hətta, yenidən hərbi məsələlərin ortaya çıxmasına gətirib çıxara bilər.

Deputat bildirib ki, bu variantlarda çox ehtiyatlı davranmaq lazımdır. Lakin, Azərbaycan tərəfi bunu təhlil edir. Gözəl başa düşür ki, bu nə ilə nəticələnə bilər. Azərbaycan daim bu məsələyə hazırdır və əməliyyat şəraitinə də tam nəzarət edir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »