Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Maskın aldığı "Twitter" bütün dünyada yalanlar yayır"
Bayden: "Maskın aldığı "Twitter" bütün dünyada yalanlar yayır"

ABŞ prezidenti Co Bayden Elon Maskın aldığı "Twitter"in bütün dünyaya yalanlar yayan sosial media platforması olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, cümə günü "Twitter"də işçi qüvvəsinin yarısını ixtisar etdildiyi barədə xəbərlər yayılıb. Lakin dezinformasiyanın yayılmasının qarşısını almaq üçün məsul olan komanda ixtisarların daha az sayda olduğunu söyləyib. Çünki bu xəbərə görə reklamçılar məzmunun moderasiyası ilə bağlı narahatlıqlar fonunda səhimlərini geri çəkdilər. Bu da məhşur sosial şəbəkə üşün ağır itki deməkdir.

Bayden bir toplantıda: "İndi hamımız nədən narahatıq: Elon Mask bütün dünyaya yalanlar yayan paltar alır və onunla çölə çıxır. Həmin küçələrdə isə bizim uşaqlarımız gəzişir. Amerikada artıq redaksiyalar və mətinlərə məsul olan redaktorlar yoxdur. Necə etmək olar? Uşaqların təhlükənin nə olduğunu anlaya biləcəkləri zamanı gözləyirik? Axı onlar bunu dəyərləndirə bilmirlər. O şəbəkələrdə gördüklərinə inanırlar. Onlar bizim davamçılarımızdır. Bəs biz onları hansı şəraitdə böyüdürük? Onlara nə təklif edirik?", - deyə bildirib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre daha əvvəl jurnalistlərə bildirib ki, Bayden nifrət nitqini və dezinformasiyanı azaltmağın vacibliyini açıq şəkildə bildirib:  "Bu inanc "Twitter"ə, "Facebook"a və istifadəçilərin dezinformasiya yaydığı istənilən digər sosial media platformalarına şamil edilir", - deyə o qeyd edib.

Mask "Twitter"in “cəhənnəm mənzərəsinə” düşməsinin qarşısını almaqla yanaşı, söz azadlığını bərpa edəcəyinə söz verib. Lakin əsas reklamçılar aylardır onun ələ keçirilməsindən narahat olduqlarını bildiriblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »