Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasının vacib səbəblərini açıqlayıb
Blinken Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasının vacib səbəblərini açıqlayıb

"G7" ölkələri üçün Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Rusiya Federasiyasını Ukraynaya cinayətkar müdaxiləsinə görə cəzalandırmağın əsas yoludur.

Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken Münsterdə "G7" ölkələrinin xarici işlər nazirlərinin mətbuat konfransı zamanı bildirib ki, marjinal xərc təyin etmək məqsədi ikiqat vacibdir.

"Birincisi, bu, tələbatı ödəmək üçün enerjinin bazarına olan axını təmin etməkdir. İkincisi, Putinin yanacaq üçün enerji satışından və Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdən əldə etdiyi gəlirlə ciblərini doldurmaq imkanlarına məhdudiyyətlər qoymaqdır", - deyə Blinken izah edib.

ABŞ dövlət katibi bildirib ki, müvafiq mexanizm planın həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərə nail olmağa kömək edəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen embarqonun bu ilin sonuna qədər Rusiyadan Aİ ölkələrinə neft idxalının təxminən 90%-ni azaldacağını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya hücum qərarı verməsi ilə əlaqədar Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Dünyanın əksər dövlətləri bu sanksiyalara qoşulduqlarını elan etdilər və Rusiyanın əsas gəlir mənbəyi olan neft-qaz gəlirlərinin mədudlaşdırılması məqsədi ilə bu enerjidaşıyıcılarından imtina etdilər. Bundan sonra artan qiymətləri tənzimləmək məqsədi ilə müvafiq tədbirlər planları hazırlandı.

Avropa İttifaqı 2023-cü ilə qədər Rusiyadan xam və emal olunmuş neftin dəniz idxalına qadağa qoymağı planlaşdırır. ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini bir barel üçün 40-60 dollar arasında məhdudlaşdırmaq istəyirlər.

Noyabrın 3-də "G7" ölkələri və Avstraliya Rusiya neftinin tavan qiymətini müəyyən etmək barədə razılığa gəliblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »