Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarımadada gərginlik: 180 təyyarənin radar izləri aşkarlanıb
Yarımadada gərginlik: 180 təyyarənin radar izləri aşkarlanıb

Koreya yarımadasında gərginlik artır. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bəyanatında Şimali Koreyaya məxsus 180 hərbi təyyarənin radar izlərini aşkar etdiklərini bildirib. Məlumata görə, 80 F-35A təyyarəsi fövqəladə vəziyyət kodu ilə havaya qalxaraq sərhəddə uçuşlar həyata keçirib.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreya hərbi mənbələrinə görə, Şimali Koreya hərbi təyyarələri, şərq və qərb dənizləri də daxil olmaqla, bu gün yerli vaxtla saat 11:00-15:00 arasında Şimali Koreyanın hava məkanında 180-dən çox hərbi təyyarənin təsbit edildiyini bildirib. Lakin qırmızı xətti keçmədikləri qeyd edilib.

Şimali Koreya ordusunun bu hərəkətinə cavab olaraq, Cənubi Koreya Hərbi Hava Qüvvələrinin fövqəladə uçuşlar üçün 80 F-35A təyyarəsi ilə təqib dəstək uçuşları təmin etdiyi də açıqlanıb.

Hərbi səlahiyyətlilər, Taktiki Hərəkət Xəttinin (TAL) şimalında daxili və şərq, qərb dənizləri də daxil olmaqla bir çox bölgədə fəaliyyət göstərən Şimali Koreya hava elementlərinə qarşı ilk andan hava hücumundan müdafiə vasitəsi ilə tam cavab mövqe tutduqlarını vurğulayıblar.

Digər tərəfdən, Cənubi Koreya və ABŞ-ın ortaq hava təlimi olan “Oyanıq Fırtına”ya qatılan 240-a yaxın təyyarənin planlaşdırılan təlimləri yerinə yetirdiyi və hazır vəziyyətdə olduğu bildirilib.

“Cənubi Koreya Silahlı Qüvvələri Cənubi Koreya və ABŞ arasında sıx əməkdaşlıq çərçivəsində Şimali Koreya ordusunun müvafiq inkişaflarını yaxından izləməklə yanaşı, gələcək təxribata qəti şəkildə hazırdır”,- deyə Birləşmiş Qərargah Rəisləri Komitəsinin yazılı açıqlamasında bildirilir.

Qeyd edək ki, təlimdə ümumilikdə 240 döyüş təyyarəsi və çoxlu sayda şəxsi heyət iştirak edir.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə aid 140 təyyarənin daxil olduğu təlimdə F-35A, F-15K, KF-16 və KC-330 təyyarələri iştirak edir.

ABŞ ordusunun U-2 kəşfiyyat təyyarəsi və bir çox EA-18 döyüş təyyarəsi bölgədə birgə təlim missiyalarını davam etdirir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »