Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vaqner" kölgədən çıxarılır - Priqojinin ictimai güc nümayişi
"Vaqner" kölgədən çıxarılır - Priqojinin ictimai güc nümayişi

Rusiyanın əvvəllər məxfi olan xüsusi muzdlu qüvvələri olan Vaqner Qrupu Rusiyanın Sankt-Peterburq şəhərində ilk rəsmi qərargahını açıb.

Bizimyol.info xəbər verir ki, Prezident Vladimir Putinin yaxın adamı Yevgeni Priqojin tərəfindən idarə olunan qrup cümə günü üzərində böyük ağ “Vaqner” lövhəsi olan parlaq, şüşəli çoxmərtəbəli binasını açıb.

“Vaqner Mərkəzi”nin açılışı Priqojinin hərbi etimadnaməsini ictimaiyyətə çatdırmaq və Rusiyanın müdafiə siyasətinin formalaşmasında daha çox ictimai rol oynadığını göstərmək üçün növbəti addımı kimi qiymətləndirilir.

Vaqnerin ictimaiyyətə təqdim edilən qərargahı həm də rus iş adamı Priqojinnin hərbi gücünü, kölgədə fəaliyyət göstərdiyi illərlə müqayisədə artıq ictimai rəyə təsir edəcək qədər gücləndiyini göstərmək məqsədi daşıyır.

Priqojin Rusiyanın Ukraynadakı müharibəsindəki uğursuzluqları ilə bağlı bir sıra açıq münasibət bildirərək, Moskva generallarının çıxışını ələ salan Çeçenistan lideri Ramzan Kadırovla eyni fikirdə olduğunu bildirib.

O, uzun müddət idi ki, Ukraynada Rusiya ordusuna dəstək verən və Afrika, Suriya və Liviyada fəaliyyət göstərən müqaviləli əsgərlər olan "Vaqner"in arxasında olduğunu inkar edirdi.

Priqojin keçən ay açıq şəkildə ilk dəfə olaraq "Vaqner"in yaradıcısı olduğunu təsdiqləyib.

Avropa İttifaqı üzvlərinin əksəriyyəti keçmiş hərbi qulluqçulardan ibarət "Vaqner" qrupunu insan haqlarını pozmaqda ittiham edib və Moskvanın adından gizli əməliyyatlar həyata keçirdiklərini bildirib. ABŞ və Aİ Priqojinə qruplaşmadakı roluna görə sanksiya edib.

2021-ci ildə Aİ "Vaqner" qrupunun Ukrayna, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Sudan və Mozambikdə işgəncə həmçinin məhkəməsiz qətllər də daxil olmaqla sui-qəstlərə görə məsuliyyət daşıdığını bildirib.

""Vaqner Mərkəzi"nin açılması Rusiyanın müdafiə qabiliyyətini təkmilləşdirmək üçün yeni ideyalar yaratmaq üçün rahat mühit təmin etməkdir",- Priqojin cümə günü açılış mərasimi ilə bağlı verdiyi açıqlamada bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »