Fransanın paytaxtı Parisdə enerji qənaəti çərçivəsində alınan qərarla mağaza və bənzəri iş yerlərində iş günü bitdikdən sonra işıqlandırılan lövhə və vitrinlərin işıqları söndürülür.
Bizimyol.info xəbər verir ki, Fransanın paytaxtı Parisdə Enerji Qənaəti çərçivəsində alınan qərarlar noyabrın 1-dən etibarən qüvvəyə minib. Qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizənin aparılacağını açıqlayan Paris Böyükşəhər Bələdiyyəsi, bu çərçivədə paytaxtdakı mağaza və buna bənzər iş yerlərinin işıqlı lövhə və vitrinlərinin işıqlarının iş saatları xaricində söndürüləcəyini açıqlayıb.
Bundan əlavə, Paris Böyükşəhər Bələdiyyəsi, lazımsız enerji istehlakının qarşısını almaq üçün alınan qərara əməl etməyən iş yerlərinin 750 avrodan 1500 avroya qədər cərimələnəcəyini açıqlayıb. Bu qərarla da kifayətlənməyən bələdiyyə, qeyri-müəyyən müddətə qüvvədə qalması planlaşdırılan qərarı pozan iş yerlərinin 3 min avro məbləğində cərimələnəcəyini də açıqlayıb.
Xarici media yazır ki, Parisdə bəzi iş yerlərinin iş saatlarının sonunda işıqlı lövhə və vitrin işıqlarını söndürdüyü görülərkən, bir çox iş yerinin qərara əməl etmədiyi də diqqətdən yayınmayıb.
Xatırladaq ki, Paris Böyükşəhər Bələdiyyəsi bir müddət əvvəl Luvr Muzeyi ərazisindəki Eyfel qülləsi və Luvr piramidasının işıqlarının söndürüləcəyini bildirmişdi, lakin tətbiqin qüvvəyə minməsindən 3 gün sonra Eyfel qülləsi və Luvr piramidasının işıqları yandırıldı.
Leyla Mirzə, Bizimyol.info