Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüş keçirib
Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.

"Report" xəbər verir ki, görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak edib.

Görüş çərçivəsində insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı ilə əlaqədar geniş müzakirə aparılıb.

Ombudsmanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq və gənclər üçün keçirilən maarifləndirmə tədbirlərinə, eləcə də regionlarda keçirilən tədbirlərə BMT tərəfindən dəstək verilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan Ombudsmanının hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil etdiyi müsabiqə və tədbirlərdə BMT və onun ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlığının vacibliyi qeyd olunub.

Görüş zamanı Ombudsman Aparatının BMT-nin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirdiyi ödənişsiz hüquqi yardım kampaniyası ilə bağlı əməkdaşlıq əlaqələri müsbət qiymətləndirilib və gələcəkdə də davam etdiriləcəyi qərara alınıb. Həmçinin təhsil, tibb, penitensiar, sosial xidmət, reabilitasiya mərkəzlərində müxtəlif əhali qruplarına ünvanlanan birgə maarifləndirmə tədbirlərinin təşkilibarədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda birgə maarifləndirici tədbirlərin keçirilməsinə də toxunulub.

Görüşdə, həmçinin Ombudsmanın BMT ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan illik tədbirlər planının işlənib hazırlanması qərara alınıb.

Yekunda S.Əliyeva Ombudsman təsisatının 20 illiyinə həsr edilmiş poçt markasını, həmçinin yeni çap olunmuş maarifləndirici nəşrləri V.Andreyevaya və K.Bağırova təqdim edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »