Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-da talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına start verilib
SOCAR-da talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına start verilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində SOCAR-ın Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq keçirilən “Donor günü” xeyirxah aksiyasında hər il olduğu kimi bu il də SOCAR əməkdaşları fəal iştirak ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada SOCAR-ın Baş ofisinin inzibati binasında çalışan  əməkdaşlar qan veriblər.

"Talassemiyasız həyat naminə" proqramına SOCAR 2009-cu ildən qoşulub və hər il SOCAR əməkdaşları bu xeyirxah aksiyada iştirak edirlər.

SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2023-cü ilin may ayınadək davam edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »