Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada şəhər rəhbərliyi yeni sakinlərə 30 min avro ödəməyə hazırdır
İtaliyada şəhər rəhbərliyi yeni sakinlərə 30 min avro ödəməyə hazırdır

Avropada problemlərdən biri insanların kiçik yaşayış məntəqələrini tərk edərək böyük şəhərlərə üz tutmasıdır. Bu axın bir çox kəndləri, qəsəbələri boşaldır. Hətta bölgədəki şəhərlərin əhalisi də kəskin azalır. Xüsusilə İtaliyada bu tendensiya müşahidə edilir. Avropa ölkəsində boşalmaqda davam edən kiçik şəhər çoxdur.

Bizimyol.info xəbər verir ki, İtaliyada şəhər rəhbərliyi yeni sakinlərə 30 min avro ödəməyə hazır olduğunu açıqlayıb. Apuliya bölgəsində yerləşən Presiççe-Akvarikada belə qərara gəliblər. Şəhər rəhbərliyi yeni köçənlərə qrant ayırmağa söz verib. Amma əvvəlcə burada ev almaq və qeydiyyata düşmək lazımdır.

Şəhər rəhbərliyi təmənnasız davranır. Əsas məqsəd Presiççe-Akvarikanın urbanizasiya cərəyanının qurbanına çevrilməsinə imkan verməməkdir. Meriya pulun necə xərclənməsinə qarışmır. Məsələn, burada 60 min avroya ev tapmaq olar, yarısını qrantla ödəmək mümkündür. Ümumilikdə Presiççe-Akvarikada 40 min avroya da evlər var.

İtaliyanın bu şəhərində son illər əhali çox azalıb. İndi burada yaşayanların sayı 10 min nəfərdən bir az artıqdır. Meriya əhalinin azalmamasının qayğısına qalır. Bunun üçün hər doğulan uşağın ailəsinə 1000 avro verilir.

Şəhər rəhbərliyinin yalnız ev alanlara və qeydiyyata düşənlərə qrant ayırması da məqsədlidir. Evin dəyərinin azı yarısı ödənmiş olur. Onsuz da Presiççe-Akvarikada sakinsiz yaşayış yerləri çoxdur. Satışa çıxarılan evlər illərlə yeni sahiblərini gözləyir. Qeydiyyata düşmək isə şəhərlə bağları artırır. Yeni sakinlər bir növ ortaya burada uzun müddət yaşamaq məramı qoymuş olur.

İtaliyada indiyə qədər belə layihə həyata keçirilməyib. Əlbəttə, meriyaların həvəsləndirici aksiyaları olub. Məsələn, azı beş il yaşayacağına söz verənlərə 5 min avroya evlər satılıb. Presiççe-Akvarikada isə şəhər rəhbərliyi yeni sakinlərə böyük məbləğ təklif edir.

Sardiniyanın bir kəndində də bu layihəni həyata keçirməyi planlaşdırırlar. Orada yeni sakinlərə 15 min avro qrant veriləcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »