Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yenə də Ermənistan rəhbərliyi oturacaq telefonların yanında..."
"Yenə də Ermənistan rəhbərliyi oturacaq telefonların yanında..."

Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin işindən narazılığını ifadə edib. Qeyd edilir ki, Kopırkin Moskvaya çağırılıb və onunla kifayət qədər ciddi söhbət aparılıb. Səfir Ermənistanda Rusiyanın yürütdüyü real siyasi xətti həyata keçirə bilməməkdə və konkret tapşırıqların yerinə yetirilməməsində ittiham olunub. Xatırladaq ki, son günlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda anti-Rusiya meylliliyin baş verməsi və Rusiyaya qarşı münasibətlərin kəskinləşməsi gözlənilən idi. Çünki Ermənistan xalq, dövlət olaraq el dili ilə desək, “çörəyi dizi üstündə olan xalq” olub. Ermənistanın ümumiyyətlə dost-müttəfiq anlayışı yoxdur. Onlar hər zaman yalnız və yalnız öz maraqları çərçivəsində siyasət yürüdürlər. Uzun illərdir ki, Rusiyanın çətiri altında var olan Ermənistan bu gün Rusiyanın tərəfsiz olması ilə barışa bilmir. Bu gün Rusiya da Azərbaycan və Ermənistan arasında gedən siyasi proseslərdə tərəfsiz olmağa yaxınlaşdığı üçün Ermənistan qıcıqlandı.

“Ermənistan xalqı əsrlərdir ki, Rusiyanın himayəsində yaşamağa, Rusiyanın yanlarında olmasına alışıb. İndi də elə bilirlər ki, Rusiya onların yanında olmalı, törətdikləri terror aktların göz yummalı və onları qorumalıdırlar. Rusiyanın bu gün haqlı olaraq tərəfsizliyi seçməyə çalışması Ermənistan tərəfindən qəbul edilmir.

Biz Azərbayacn olaraq uzun illər dünyanın böyük dövlətlərinin qərəzli mövqeləri ilə qarşılaşmışıq. Ermənistan bizə qarşı edilən qərəzli mövqenin 1 faizini özünə qarşı görsə, Rusiyanı özünə 1 nömrəli düşmən olaraq elan edər. Çünki Ermənistan üçün dost və ya müttəfiq anlayışı yoxdur, maraqlar var. Bu səbəbdən də Rusiyanın XİN-nin Ermənistanda olan öz səfirini çağırması və ciddi xəbərdarlıq etməsi də başa düşüləndir. Əslində, mən Rusiya səfirinin davranışlarında günahlandırmıram. Çünki siyasi proseslər elə gedir ki, Ermənistanın spikeri, baş naziri və dövlət nümayəndələri açıq şəkildə Rusiyanı tərəfsiz olduğuna görə günahlandırırlar” - deyən politoloqun fikrincə, Ermənistan hələ də, “Rusiya bizim törətdiyimiz terror hadisələrinə göz yummalıdır” anlayışı ilə yaşayır.

Politoloq Ermənistanın ikiüzlü siyasətindən də danışır. O, qeyd edib ki, Ermənistana nə zaman Avropa İttifaqından və ya ABŞ-dan səlahiyyətli bir nümayəndə gəlsə, Ermənistan ondan iki əllə yapışaraq, Rusiyanı düşmən elan edir. Rusiyanın səlahiyyətli şəxsləri Ermənistana gəldikdə və ya Ermənistanın səlahiyyətli şəxsləri Rusiyaya getdikdə, orada qərbi günahlandırmağa başlayırlar. Ermənistanla dostluq edən, ona kömək edən, müttəfiq kimi baxan dövlətlərin və siyasətçilərin siyasi savadı və dövlətçilik anlayışı yoxdur. Çünki Ermənistana dostluq, müttəfiqlik nümayiş etdirən dövlət nümayəndələri ağılsız olmalıdır ki, belə xalqa dostluq əli uzadırlar.

“Rusiyanın Ermənistanda olan səfirinin Xarici İşlər Nazirliyinə çağırılması da, gözlənilən idi. Ermənistanda rus dilli məktəblərin bağlanılması, ruslara qarşı mövqe artıq kəskinləşib. Rusiya bir tərəfdən qəbul edilmir. Bir tərəfdən isə, biz görürük ki, Xankəndində avtobusa doldurulub aparılan ermənilər tərəfindən mitinqlər təşkil edilir və onlar Rusiyanı köməyə çağırırlar. Dağlıq Qarabağ problemi artıq öz həllini tapıb. Bu barədə cənab prezidentin də dediyi kimi bu məsələ iki il əvvəl öz həllini tapıb.

Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu gün Xankəndinə yaşayanların taleyini Azərbaycan dövləti həll edəcək. Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxmağı bacarır. Regiondan sülhün, sabitliyin davam etməsini istəyən dövlətlər Azərbaycanı dəstəkləməlidir. Bunu istəmirlərsə, hər bir dövlət başa düşməlidir ki, “dəmir yumruq” yerindədir. Və yenə də Ermənistan rəhbərliyi oturacaq telefonların yanında, Afrikada olan qəbilə və tayfalardan tutmuş Fransanın prezidentinə qədər yığıb, xahiş edib yalvaracaq.

Azərbaycan ordusu və Azərbaycan xalqı bir mənalı olaraq öz mövqeyini əsk etdirərək, prezidentin ətrafında sıx birləşib. Prezidentin atdığı bütün addımları dəstəkləyir. İlham Əliyev Azərbaycan xalqının istədiyi siyasəti həyata keçirən uğurlu liderdir” - deyən Ramiz Alıyev vurğulayıb ki, bu səbəbdən Ermənistan tez bir zamanda sülh müqaviləsini imzalamalıdır ki, regionda sülh və sabitlik hökm sürsün.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »