Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda bir kərə qalxan qiymət bir daha enməz”
“Azərbaycanda bir kərə qalxan qiymət bir daha enməz”

Son aylar bitki yağlarının qiymətində artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bazrada qiymətlər 5 manata qədər bahalaşıb.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əlsində “Azərbaycanda bir kərə qalxan qiymət bir daha enməz”. Qiymət qalxması tendensiyası bir neçə ildir ki, davam edir. Hətta müəyyən bayramlar ərəfəsində qiymət artımı baş versə də, bayramdan sonra da artmış qiymət davam edir. Və bu Azərbaycanda qalxan xətt üzrə davam edir. Təsadüfi deyil ki, ölkə prezidenti iqtisadi yığıncaqlarda da daim deyir ki, bazarda kartel sövdələşmələri, inhisarçılıq var və s.

“İlk baxışda bizə elə gəlir ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bazardır. Əslində isə, belə deyil, de-yüre güya elədir, de fakto isə elə deyil. Dünya bazarında malın, xidmətin qiyməti aşağı düşəndə Azərbaycan bazarı heç bir zaman reaksiya vermir. Ümumdünya maliyyə böhranı zamanı da bunu gördük. Neftin qiymətinin aşağı düşməsində və s. gördük. Lakin dünya bazarında malın qiyməti qalxanda Azərbaycan bazarı dərhal ona reaksiya verir. Bu da o deməkdir ki, həqiqətən də cənab prezidentin dediyi kimi kartel sövdələşmələri var. Kiçik bazardır və asanlıqla müəyyən qrup mal biznesmenləri ortaq qərara gəlirlər”,- deyə Eyyub Hüseynov qeyd edib.

Ekspert qeyd edib ki, duru yağ bazarında da qiymət artımı gözləniləndir. 8 ay əvvəl Rusiya bazarlarında bitki yağlarının qiyməti 70 faiz artdı. Azərbaycan bazarında çoxlu ehtiyyat duru yağ olduğu üçün, bu özünü o qədər də göstərmədi. Çox təəssüf ki, duru yağ istehsalı Azərbaycan bazarında yox dərəcəsindədir.

“Zeytun yağları istisna olmaqla yalnız xammal gətirilir və Azərbaycanda qablaşdırılır. Onu da qeyd edim ki, yerli zeytun yağları çox keyfiyyətlidir. Bir neçə müəssisə bunu istehsal edir, hətta çox kiçik müəssisələr də istehsal edir. Yəni seçim edərkən bu yağlara üstünlük vermək olar.

Duru yağ bazarında bahalaşma, şübhəsiz ki, qonşu hadisələr, kommunikasiyanın zəifləməsi, müharibələr və s. hamısı duru yağ bazarına təsir edən amillərdir. İllər boyu MDB bazarında palma yağlarıan qarşı böyük basqı olub. MDB bazarına palma yağlarının daxil olmaması üçün böyük anti reklam işləri apaırlıb. Palma yağı heç də təhlükəli yağ deyil. Onun iki növü- qida üçün və sənaye üçün olanı var. Palma yağları əsasən müsəlman ölkələrində əsasən Malaziya və İndoneziyada istehsal olunur.

Qida üçün nəzərdə tutulmuş palma yağları normal yağlardır. Sənaye üçün nəzərdə tutulmuş yağları isə, şübhəsiz ki, qida üçün istifadə etmək olmaz” - deyən ekspert bildirib ki, qida üçün yaralı olan palma yağlarının açıq şəkildə satılmasına ehtiyac var. Onun sözlərinə görə, bu yağ Avropa ölkələrində satılır. Eyni zamanda körpə qidalarının tərkibində də biz onu görə bilrik.

“MDB məkanında duru yağ bazarına palma yağının girməsinin qarşısnın alınması üçün aparılan bu anti-reklama, basqıya son qoyulmalıdır. İstehlakçıların seçim hüququ təmin olunmalıdır. Məhsulların üzərində yazılsın ki, bu palma yağıdır. Azərbaycana gətirilsə belə, bu yağlar gizli şəkildə istifadə olunur. Mən gizli şəkildə istifadənin əleyhinəyəm. Qida üçün olan yararlı olan palma yağları açıq şəkildə satılmalıdır” - deyən Eyyub Hüseynov bildiirb ki, bəlkə belə olarsa bu yağ bazarında nisbətən ucuzlaşmaya gətirib çıxara bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »