Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tsinping Rusiyanı nüvə silahından istifadə etməməyə çağırıb
Tsinping Rusiyanı nüvə silahından istifadə etməməyə çağırıb

Çin lideri Si Tsinping nüvə silahının istifadəsinə və ondan istifadə ilə bağlı təhdidlərə qarşı durmağın vacibliyini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bu açıqlama Sinin Almaniya kansleri Olaf Şolzla Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etməsindən sonra verilib.

Tsinping Çinin Avropa İttifaqı və Almaniyanın Rusiya və Ukrayna arasında sülh danışıqlarının irəliləyişinə dair səylərini dəstəklədiyini bildirib.

Si həmçinin bildirib ki, hazırkı şəraitdə Çin liderinin “Ukrayna böhranı” adlandırdığı Rusiyanın Ukraynaya qarşı müharibəsinin beynəlxalq ictimaiyyət sülh yolu ilə həlli üçün bütün səyləri birgə dəstəkləməlidir.

Onun fikrincə: "Dünya birliyi nüvə silahından istifadə və ya istifadə təhlükəsinə qarşı birgə mübarizə aparmalı, həçinin Avrasiya qitəsində nüvə böhranının qarşısını almalıdır".

“Politico” yazır ki, Olaf Şolz danışıqların sonunda deyib ki, o və Si Tsinping nüvə təhlükələrinin məsuliyyətsiz və təhlükəli olması barədə razılığa gəliblər.

“Mən prezident Siyə Çinin Rusiyaya təsirinin vacibliyini söylədim", - deyə o qeyd edib.

Çinə səfərini elan edərkən, Tsinping üçüncü müddətə yenidən seçildikdən sonra ölkəyə səfər edən ilk "G7" lideri olan Şolz Pekinin Moskvanı BMT nizamnaməsinə əməl etməyə çağırmasını zəruri hesab etdiyini vurğulayıb.

"İlin əvvəlində Çin BMT Təhlükəsizlik Şurasının digər daimi üzvləri ilə bəyannamədə açıq şəkildə nüvə silahının istifadəsinə və hətta təhdidinə qarşı çıxıb. Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin xüsusi məsuliyyəti var. Pekinin bu məsələdə aydın ola mövqeyini bilirik. Moskvanın BMT Nizamnaməsinə və onun prinsiplərinə riayət etməsi üçün Cinin rəsmi mövqeyini bildirən sözlər vacibdir", - deyib.

Son bir ay ərzində Rusiya rəsmiləri və Rusiya diktatoru Vladimir Putin dəfələrlə nüvə silahından istifadə ilə bağlı hədələrə əl atıblar. Qərbə hücum təhdidləri və Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə “təcavüz” baş verəcəyi təqdirdə Ukraynada nüvə silahından istifadə ilə bağlı təhdidlər var idi.

Ukrayna etiraf edir ki, Rusiya Federasiyası blef etmir və kütləvi qırğın silahlarından istifadə edə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »