Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərsun Holdinq" yerli zeytun qəbuluna start verdi
"Azərsun Holdinq" yerli zeytun qəbuluna start verdi

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və insanların sosial-rifah halının yüksəlməsinə töhfələr verən “Azərsun Holdinq” növbəti dəfə yerli fermerlərdən zeytun qəbuluna start verib. Kənd Təsərrüfatının müxtəlif sahələrində kiçik sahibkarları dəstəkləyən Şirkətlər qrupu tərəfindən həyata keçirilən zeytun qəbulu, xammalın yerli qaynaqlardan olması istiqamətində atılan addımlarından biridir.

Qeyd edək ki, Abşeron rayonunda yerli istehsalçılardan alınan məhsul, ölkədə zeytunçuluq sahəsinin inkişafına münbit şərait yaradır.

Diqqətinizə çatdırırıq ki, zeytun  toplanması ilə məşğul olan  şəxslər “Azərsun Holdinq”ə müraciət edə bilərlər. Zeytunların təhvil verilməsi ilə bağlı ətraflı məlumat üçün:

- Ünvan: Ziya Bünyadov Prospekti Xarici Dairəvi Küçəsi 2038-ci Məhəllə (73 saylı orta məktəbin yanı)

- Telefon: +994 12 4041919 (Daxili: 2903)

- Əlaqədar şəxs: Muhammed Emin Kalan

- Elektron Poçt: [email protected]

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »