Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Belarus Ukraynaya qoşun yeritməyi planlaşdırmır
Lukaşenko: Belarus Ukraynaya qoşun yeritməyi planlaşdırmır

"Belarusun Ukraynaya qoşun göndərmək planı yoxdur".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Belarus Milli Biotexnologiya Korporasiyasının əmək kollektivinin nümayəndələri ilə görüşü zamanı ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bu gün onlar qışqırırlar: “Lukaşenko öz hərbçilərini Ukraynaya göndərmək istəyir!” Mən artıq min iki yüz dəfə demişəm ki, mənim belə planlarım yoxdur. Biz öz ərazilərimizi qoruyuruq və yaxın qonşularla təlimlər keçiririk. Bu bizim hüququmuzdur və bundan kimsənin qorxmasına da ehtiyac yoxdur”, - deyə Lukaşenkodan qeyd edib.

Belarus prezidentinin sözlərinə görə, indi Belarus vətəndaşları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edir. "Onları respublikanı tərk etmiş hakimiyyətin əleyhdar olan qüvvələr tərəfindən ora göndərirlər. Orada müharibə gedir, insanlar ölür. Bunlaryazıq deyilmi, axı da kiminsə övladlarıdır. Amma şikayət edən yoxdur. Mən səni ora prezident kimi göndərməmişəm. Bizim orada, Ukraynada işimiz yoxdur. Biz isə sərhədlərimiz xaricinə hərbçi göndərmirik və bu bizə lazım deyil. Mən niyə bunda ittiham olunuram? Çünki onlar özləri bu adamları ora göndərirlər”, - Lukaşenko bildirib.

Belarus prezidenti dəfələrlə bəyan edib ki, respublika Rusiya Federasiyasının Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyatda" iştirak edir. Eyni zamanda o vurğulayıb ki, Belarus hərbi qulluqçuları əməliyyatda birbaşa iştirak etmir, Minskin vəzifəsi ölkəyə zərbənin qarşısını almaqdır. Belarus, həmçinin qaçqınlar da daxil olmaqla, digər ölkələrin vətəndaşlarına lazım gəldikdə tibbi və humanitar yardım göstərir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı ilə qoşun yeritmək barədə qərar verib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »