Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında taxıl sazişinin uzadılması məsələsinin həllinin vacibliyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Türkiyə liderinin administrasiyası "Twitter"də məlumat yayıb.
“Prezident Ərdoğan deyib ki, indi İstanbul sazişinin (taxıl ixracı üzrə) uzadılması məsələsinə yenidən diqqət yetirmək lazımdır. BMT-nin baş katibi taxıl dəhlizinin yenidən açılması üçün göstərdiyi fəaliyyətə görə Ərdoğana təşəkkür edib”, - deyə administrasiyadan bildiriblər.
Türkiyə lideri söhbətində qeyd edib ki, o, Rusiya və Ukrayna ilə yüksək səviyyəli diplomatik əlaqələri sayəsində baş verən taxıl dəhlizinin yenidən aktivləşməsindən razıdır. Quterreşlə söhbət zamanı taxıl sövdələşməsi ilə yanaşı, ümumilikdə Ukrayna münaqişəsi ətrafındakı vəziyyət də müzakirə olunub.
Türkitə prezidenti ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarük etmək üçün Putinlə razılaşdığını bildirib: "Afrikadakı qıtlıq problemlərinə məhəl qoymayan Qərbin insanlıq dərsi verməsini utanc vericidir", - deyə o qeyd edib.
Ərdoğan qarşıdan gələn "G20" sammitində Afrika ölkələrini ərzaqla təmin etmək məsələsini gündəmə gətirmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi oktyabrın 29-da bildirib ki, Kiyev rejimi tərəfindən Britaniya mütəxəssislərinin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı atəş açılması ilə əlaqədar Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır.
Noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verdikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib.
Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.
Qadir, Bizimyol.info