Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev: Rusiya öz torpağı və xalqı üçün mübarizə aparır
Medvedev: Rusiya öz torpağı və xalqı üçün mübarizə aparır

"Rusiya “ölməkdə olan dünya”ya qarşı onun üçün müqəddəs olan torpaq və orada yaşayan insanlar üçün mübarizə aparır, onun silahı həqiqətdir".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında noyabrın 4-də qeyd olunan Milli Birlik Günü münasibətilə yazıb.

“Biz nə üçün mübarizə aparırıq? Rusiya zəngin və nəhəng ölkədir. Rusiyaya yad ərazilər lazım deyil, bizdə hər şey boldur”, – deyə Medvedev “Nəyə görə bizim iddiamız doğrudur” adlı nəşrində bildirib.

Sədr müavini rus torpağını ruslar üçün “müqəddəs” adlandıraraq: "Orada bizim əcdadlarımız yaşayıb, indi də bizim xalqımız yaşayır", - deyə qeyd edib.

Medvedev bildirib ki, Rusiya öz torpağını heç kimə verməyəcək: "Biz öz xalqımızı qoruyuruq. Biz öz torpaqlarımız üçün, min illik tariximiz üçün mübarizə aparırıq", - deyib.

Düşmən haqqında danışan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Rusiya ona nifrət edənlərə, dilə, dəyərlərə və inanclara qadağa qoyanlara, Vətən tarixinə nifrət aşılayanlara qarşı mübarizə aparır.

Sədr müavini qeyd edib ki, Rusiya Federasiyasına qarşı duranlar "ölməkdə olan dünyanın" bir hissəsidir.

O rusiyaya qarşı olanları: “Bir dəstə dəli nasist narkomanları, onların qorxutduğu və narkoman etdiyi xalq”, - adlandırıb.

“Normal insanlara verilən əxlaqı inkar edərək uydurduqları ədəbsiz vərdişlərdən və tətbiq etdikləri ikili düşüncə standartlarından başqa heç bir idealları və inancları yoxdur. Omlara qarşı çıxaraq, biz müqəddəs güc əldə etdik”, - deyə Medvedev bildirib.

Rusiyanın keçmiş dostlarından danışan siyasətçi: “Bəzi qorxmuş tərəfdaşlar bizi tərk etdi. Onlara əhəmiyyət verməyin. Onlar bizim dostlarımız deyildi, sadəcə yapışqan, təsadüfi səyahət yoldaşları idi", - deyə Medvedev qeyd edib.

Qadir, Bizimyol.info

P.S: Keçmiş baş nazir, sabiq prezident və hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin yazısının tam mətnini oxuyanda, belə fikir yaranır ki, adam ya affekt vəziyyətdə olub, ya da qorxunun yaratdığı isteriyadadır. Yoxsa, bir siyasətçi yazdığı mətndə bu qədər uydurma və təhqir dolu ifadələr işlətməsi onun reputasiyanına zərər vura biləcəyini anlamaya bilməz.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »