Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "İranı tezliklə azad edəcəyik"
Bayden: "İranı tezliklə azad edəcəyik"

ABŞ prezidenti Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin xalqı “özünü azad edəcək”.

Bizimyol.info xəbər verir ki, Amerika lideri bu iddianı cümə axşamı Kaliforniyada yerli Demokrat namizədi dəstəkləmək üçün seçki kampaniyası zamanı çıxış edərkən səsləndirib.

Bayden amerikalı veteranların səhiyyə xidmətinə çıxışı ilə bağlı vəziyyətdən danışıb. O, gözlənilmədən orada olan birinin İran mövzusunda səsləndirdiyi replikaya cavab verərək: "Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər",- deyə Bayden heç bir detal vermədən bu fikirləri səsləndirib.

Co Bayden Co Bayden

Zalda toplaşanlar prezidentin bu sözlərini təqdir edən alqış nidaları ilə reaksiya veriblər. Bundan sonra Ağ Evin rəhbəri yenidən veteranlarla bağlı mövzuya qayıdıb.

Sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra İranda iğtişaşlar bir aydan artıqdır ki, səngimir. Rəsmi versiyaya görə, polis Əmini çadranı düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib.

Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi məlumat yayıb və onun xəsarət almadığını bildirib.

İranda iğtişaşlar fonunda ABŞ və Aİ İranın fiziki şəxslərinə və qurumlarına qarşı sanksiyalar tətbiq edib. Vaşinqton və Brüssel İranın bu təzyiqlərə görə məsuliyyət daşıdığını bildirib. Rəsmi Tehran isə hesab edir ki, ABŞ və Aİ sanksiyalardan İslam Respublikasında sosial gərginliyi artırmaq aləti kimi istifadə edir.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış Rusiya politoloqu Andrey Piontkovski demişdi ki, İsrail İranı parçalayıb Güney Azərbaycanı müstəqil etmək planı üzərində işləyir, amma ABŞ buna razılıq vermir. ABŞ və İran arasında münasibətlər ziddiyyətli görünsə də, Güney Azərbaycan əraziləri vasitəsilə Türkiyənin güclənməsini istəməyən ABŞ İranın parçalanmasına imkan vermir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »