Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya təcili olaraq ZAES-nı öz elektrik şəbəkəsinə keçirmək istəyir
Rusiya təcili olaraq ZAES-nı öz elektrik şəbəkəsinə keçirmək istəyir

Noyabrın 3-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Ukraynanın nüvə materiallarından başqa məqsədlər üçün istifadə etməməsi ilə bağlı gəldiyi nəticədən sonra rus işğalçıları Zaporojjya Atom Elektrik Stansiyasını dərhal Rusiya Federasiyasının elektrik şəbəkəsinə verilməsini tələb edib.

Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitiklərinin bildirdiyi kimi, bu vaxt rus qoşunları Xerson vilayətinin şimal-qərb hissəsindən ayrı-ayrı hissələri çıxarmağa davam edir, lakin onların Xerson şəhəri uğrunda döyüşüb-döyüşməyəcəkləri hələ bəlli deyil.

MTİ-nin müşahidələrinə görə, rus qoşunları Dnepr çayının sol (şərq) sahilində ehtiyat mövqelər hazırlamağa davam edir, Xersonun şimal-qərbindəki müdafiə mövqelərini möhkəmləndirir və ora əlavə səfərbər edilmiş qüvvələri köçürür.

Qeyd olunur ki, bəzi rus elit bölmələri - hava-desant qoşunları və dəniz piyadaları - Dnepr çayının sağ (qərb) sahilində fəaliyyətini davam etdirir. Onların Xerson vilayətinin şimalından tamamilə çıxarılması rus qoşunlarının Xerson şəhəri və ya sağ sahildəki yaşayış məntəqələri uğrunda vuruşmayacağının daha aydın göstəricisidir.

Ukrayna və Rusiya mənbələri həmçinin Rusiyanın şəhəri tərk etməsinin əlamətləri kimi Xerson yaxınlığındakı bəzi rus nəzarət-buraxılış məntəqələrinin bağlanması, şəhər abidələrinin oğurlanması, eləcə də, Xerson vilayəti administrasiyasının binasından Rusiya bayrağının götürülməsi ilə bağlı xəbərləri fəal müzakirə ediblər.

Analitiklərin fikrincə, işğalçılar Donetsk vilayətindəki Baxmut və Vuhledar yaxınlığında hücum əməliyyatlarına kifayət qədər səfərbər olunmuş döyüşçüləri cəmləyiblər.

MTİ belə bir fərziyyə üzərində düşünür ki, rus qoşunları Luqansk və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarından müdafiə etmək əvəzinə, səbirsizliklə məhdud hərbi resursları Donetsk vilayətində əhəmiyyətsiz ərazilərin zəbt edilməsinə yönəldirlər.

Qadir, Bizimyol.info

P.S: Rusiya qaçmağı vuruşmaqdan üstün tutan odusunda döyüş ruhunu yüksətmək üçün hər hansı əhəmiyyətsiz mövqeyi belə ələ keçirmək və bununla qalibiyyət şousu yaratmaq istəyə bilər. Əzilmiş ordu üçün bu vacibdir, elə yeni səfərbər olunaraq cəbhəyə gətirilənlər üçün də bu cəlbedici ola bilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »