Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: "Taxıl sazişi yenilənməlidir"
Çavuşoğlu: "Taxıl sazişi yenilənməlidir"

Türkiyə taxıl ixracının fasiləsiz şəkildə dava etdirilməsi üşün lazım olan səyləri göstərməyə davam edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qara dənizdən taxıl ixracatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri nəticəsində bərpa olundu, lakin bu sazişin vaxtı 20 gün sonra bitir və bunu yeniləmək lazımdır.

Çavuşoğlu, Ukrayna müharibəsində ölkəsinin mövqeyinin dəyişmədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəklədiklərini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »