Pakistanın baş naziri İmran Xana silahlı hücum olub və nəticəsində o, yüngül xəsarət alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Ədalət Hərəkatı (PƏH) partiyasından verilən açıqlamada bildirilib.
Məlumata görə, oktyabrın 28-də tərəfdarları ilə birlikdə Lahor şəhərindən paytaxt İslamabada yola düşən Xanın Pəncab əyalətinin Vəzirabad şəhərinə çatdığı bildirilib. Açıqlamada naməlum şəxslərin Vəzirabadda Xanın karvanına atəş açdığı bildirilib.
Bildirilir ki, Xanın sağ ayağından yüngül xəsarət alıb və müalicə üçün xəstəxanaya aparılıb. Qeyd olunur ki, hadisə zamanı digər insanların da mxtəlif dərəcəli xəsarətlər alıblar.
PƏH-nin yüksək səviyyəli rəsmisi Azhar Maşvani hücum edən şəxsin hadisə yerində tutulduğunu bildirib. Xan koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb.
Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 “yox” səsi ilə geriləyib.
Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.