Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan şəxsi inancını da əlavə edir: Qarabağdan qurtulmaq lazımdır" - Danielyan
"Paşinyan şəxsi inancını da əlavə edir: Qarabağdan qurtulmaq lazımdır" - Danielyan

“Ermənistan hökuməti istənilən ssenariyə meyllidir. Paşinyan uzun illər saxladığı şəxsi inancını da buraya əlavə edir: Qarabağdan qurtulmaq lazımdır”. Qeyd edək ki, bu barədə erməni mediasına müsahibəsində politoloq Stepan Danielyan deyib. Danielyan hesab edir ki, Ermənistan hakimiyyətinin fəaliyyəti vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.

Həqiqətən çox maraqlıdır lki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını düşündüyü bir zamanda erməni politoloqun “böyük müharibə”dən danışması birmənalı qarşılana bilməz. Deyəsən, 30 il Azərbaycan torpaqlarını işğal edib, daşı-daş üstə qoymayan, tarixi, mədəni abidələrini yerlə yeksan edən, məscidlərimizi donuz damına çevirən, 2020-ci ildə məğlub olub, çox sayda itki verərək geri çəkilən Ermənistan baş verənlərdən hələ də dərs götürməyib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın 44 günlük Vətən Müharibəsində aldığı məğlubiyyətdən sonra Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırmaqdan başqa heç bir yolu qalmayıb. Bu gün Azərbaycan və Türkiyənin təklif etdiyi model də Ermənistan üçün yeni bir nəfəslik rolunu oynaya bilər. Ermənistan da bunu yaxşı başa düşür. Sadəcə olaraq həm savaşda, hərbi cəbhədə həm diplomatiya arenasında böyük məğlubiyyət almış Ermənistan hansısa bir formada manevrlər edərək, vəziyyətdən çıxmağa çalışır.

Tural İsmayılov Tural İsmayılov

“ Eyni zamada Ermənistan müstəqil, siyasi güclü oyunçu olmadığına görə, xaricdən gələn qərarların bir növ oyuncağı qismində çıxış edir. Böyük geopolitik maraqlar uğrunda Ermənistan öz tarixi missiyasını yenə də davam etdirir. Bu dövlətin formalaşdırılması Azərbaycan və Türkiyə əleyhinə siyasi bir mərkəz və qütb yaratmaq üçün olub. Bu gün də beynəlxalq güclər həmin məqsəd üçün Ermənistandan məharətlə istifadə etməyə çalışırlar” - deyə politoloq bildirib. Onun sözlərinə görə, Azərbaycan regionda sabitliyin tərəfdarı olduğu və bu regionda savaşların olmasını istəmədiyi üçün sülhdən danışır. Ermənistan isə, nəinki Azərbaycanla ümumiyyətlə müharibə aparmaq potensialı olmasa da, beynəlxalq güc mərkəzləri hər zaman bu dövlətdən oyuncaq kimi istifadə edir.

“Biz Ermənistana heç bir zaman hansısa bir formada güvənə bilmərik. Ermənistan tərəfindən müharibə təhdidi hər zaman aktualdır. Buna qarşı adekvat addımlar da atılmalıdır və atılacaq” - deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »