Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada hərbi xidmət müddəti artırıla bilər
Rusiyada hərbi xidmət müddəti artırıla bilər

"Çağırış üzrə orduda xidmət müddətinin uzadılması Rusiya Federasiyası Müdafiə Nazirliyinin müraciətindən asılıdır, lakin Kremlə bu barədə heç nə deyilməyib və belə bir müzakirə olmayıb".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Burada, axı, həlledici səs Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsusdur. Hər şey dəqiq olaraq Müdafiə Nazirliyinin mövqeyindən, onların müraciətlərindən və nazirliyin tövsiyələrindən asılıdır. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyindən heç bir açıqlama eşitməmişik, bizdə belə bir məlumat yoxdur”, - deyə o, orduda çağırış müddətinə indi yenidən baxmağa dəyərmi sualını cavablandırıb.

Peskov bildirib ki, Kreml bununla bağlı parlamentdə təqdim olunan bəyanatları görür.

“Lakin burada bu məsələ ilə bağlı heç bir mövqe yoxdur, yəni [Rusiya Federasiyası Prezidentinin> Administrasiyasında bu mövzuda heç bir danışıqlar aparılmır”, - dövlət başçısının mətbuat katibi vurğulayıb.

Son zamanlar bir neçə deputat orduya çağırış müddətinin uzadılmasının tərəfdarı olduğunu bildirib. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Rusiya Silahlı Qüvvələrinin  iki illik hərbi xidmət təcrübəsinə qayıtmaq barədə düşünməyi təklif etdi. Onun Fikrincə bu , peşəkar döyüşçülər yetişdirmək və sayını artırmağa kömək edəcək. Eyni zamanda senator vurğulayıb ki, bu məsələnin həlli Rusiya Federasiyası Prezidentinin və Müdafiə Nazirliyinin səlahiyyətindədir. Sonra Dövlət Dumasının deputatı Mixail Şeremet də xidmət müddətinin iki ilə qədər artırılmasını təklif etdi ki, bu da onun fikrincə, döyüşçüləri döyüşlərdə iştirak üçün daha effektiv və səmərəli şəkildə hazırlamağa imkan verəcək.

Oktyabrın 21-də Peskov orduda çağırış müddətinin artırılması mövzusunun Kremldə müzakirə olunmadığını bildirərək, bu məsələdə hərbi idarənin rəyinin həlledici rol oynamalı olduğuna diqqət çəkib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »