Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə raketlərinin əhatə dairəsindəyik" - Yunanıstan mətbuatı
"Türkiyə raketlərinin əhatə dairəsindəyik" - Yunanıstan mətbuatı

Yunanıstanda yenidən Türkiyə gündəmdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Tayfun sınağı Yunanıstanı dəli etdi” sözlərini manşetlərində yerləşdirən Yunanıstan mətbuatından 2023-cü illə bağlı diqqətəlayiq bir xəbər gəlib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğanın sözləri Yunanıstan mətbuatının gündəminə çevrilib. “Proto Thema” bildirib ki, Ərdoğan 2023-cü il üçün milli döyüş təyyarəsi və türk freqatı vəd edib. Eyni xəbərdə Ərdoğanın Rusiya ilə əməkdaşlıq çərçivəsində Şərqi Trakyanı enerji mərkəzinə çevirmək planı da yer alıb.

Kiriakos Mitsotakis və Rəcəb Tayyib Ərdoğan Kiriakos Mitsotakis və Rəcəb Tayyib Ərdoğan

CNN Yunanıstan isə “Türkiyə qarşıdakı 24 saat ərzində yeni raket sınağı hazırlayır” iddiasını irəli sürüb.

Kathimerini qəzeti isə “Tayfun raketinin mənzili artacaq” başlığı ilə oxucularının qarşısına çıxıb. “Ərdoğan yenidən meydan oxuyur” başlıqlı xəbərdə To Vima Türkiyənin “Tayfun” raketindən əvvəl uzaq mənzilli raket hazırladığına dair şübhələrin olduğunu bildirib.

“Skaı” isə “Ərdoğandan yeni təhdidlər: Afina Tayfunun təsir dairəsindədir” başlıqlı məqalə dərc edib.

Xatırladaq ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.

Mitsotakis adını çəkmədən Türkiyəyə toxunaraq “Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Sizdən Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın”,- deyə bildirib.

Mitsotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »