Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ gizli görüşü deşifrə etdi: Rusiya generalları nəyi müzakirə edib
ABŞ gizli görüşü deşifrə etdi: Rusiya generalları nəyi müzakirə edib

Ukraynada müharibə tam sürətlə davam edərkən ABŞ-dan dünya gündəminə bomba kimi düşən açıqlama gəlib. ABŞ rəsmiləri Rusiya generallarının məxfi “Ukrayna görüşü”nü deşifrə edib.

Bizimyol.info xəbər verir ki, dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. 24 fevralda başlayan müharibə can almaqda davam edərkən, ABŞ-dan çox mübahisəli bir iddia gəlib. Belə ki, Amerikanın CBS News kanalına danışan iki ABŞ rəsmisi bildirib ki, Rusiya hərbi rəsmiləri keçən ay Ukraynadakı müharibədə nüvə silahından necə və nə vaxt istifadə edə biləcəklərini müzakirə ediblər.

ABŞ-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu danışıqlarda iştirak etməyib. Ağ Ev rəsmiləri də son aylarda nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlıqların artdığını bildiriblər. O, bununla belə, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiklərini də əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə Qərbi “məsələni qəsdən gündəmə gətirməkdə” ittiham edib.

Qeyd edək ki, sentyabrın sonlarında Putin nüvə silahı və anti-Qərb ritorikasını gücləndirərək, Rusiyanı və Ukraynada işğal olunmuş əraziləri qorumaq üçün “hər bir vasitənin masada olduğunu” söyləyib.

“Bu blef deyil” deyən Putin Qərbi “nüvə şantajında” ittiham edərək, Rusiya silahlarının NATO-nun arsenalında olan silahlardan qat-qat təkmil olduğunu iddia edib. Pentaqonun sözçüsü Con Kirbi ABŞ mətbuatında çıxan “Rusiya generallarının nüvə silahından istifadəni müzakirə etdiyi” xəbərini belə şərh edib: “Son aylarda “nüvə silahının istifadəsi potensialının” artması ilə bağlı artan narahatlığımız var”.

Bundan əlavə, Ukrayna müharibəsində Rusiyanın meydanda verdiyi itkilər nüvə silahı təhlükəsini doğurdu. Ötən həftələrdə Moskva Ukrayna ordusunun tərkibində radioaktiv material olan “çirkli bomba”dan istifadə edə biləcəyini iddia etdi. Qərb və Ukrayna isə iddianın yuxarıda adı çəkilən məzmunlu bombalardan istifadə ediləcəyi təqdirdə günahı əvvəldən Kiyevin üzərinə atmaq məqsədi daşıdığını bildirib və iddiaları təkzib etdilər.

Məlumat üçün bildirək ki, Moskvada nüvə silahının hansı şəraitdə istifadə oluna biləcəyi ilə bağlı çoxsaylı fikirlər səsləndirilir. Ötən həftə Rusiya ordusunun adi nüvə təlimi zamanı düşmənin nüvə hücumuna necə cavab veriləcəyi ssenarilər arasında idi.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »