Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Senatı yenə həyəcanlanıb: "Bu addım sülhə necə xidmət edə bilər?"
Fransa Senatı yenə həyəcanlanıb: "Bu addım sülhə necə xidmət edə bilər?"

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə qəbul ediləcəyi barədə məlumat yayılıb. İddialara görə, Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edirlər. Eyni zamanda azərbaycanlılardan Laçın dəhlizindən çıxmaq tələb olunur. Bununla yanaşı Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qətnamə tamamilə təktərəfli, qərəzli, Azərbaycan xalqının maraqlarına zidd şəkildə hazırlanıb. Qətnamədə bütün faktların təhrif olunduğunu qeyd edən politoloq bildirir ki, qətnamə layihəsində də yer alan "erməni qaçqınlar öz torpaqlarına geri qayıtmalıdırlar” ifadəsi yer alıb. 30 ildən çoxdur 1 milyondan çox azərbaycanlı qaçqın öz yurd-yuvasından uzaq düşərək, çox böyük məhrumiyyətlə yaşayıblar. Amma bununla bağlı qətnamədə heç bir cümlə də yer almayıb. Burada bir milyon qaçqınla bağlı ən azından bir xatırlatma olmalı idi.

Turab Rzayev Turab Rzayev

“Digər tərəfdən qeyd edilir ki, Qarabağda erməni abidələri dağıdılır. Halbu ki, 30 il ərzində Azərbaycanın tarixi, dini, mədəni abidələri dağıdıldı. Onlardna çox pis şəkildə heyvanlar üçün ferma kimi istifadə edildi. Amma bununla bağlı qətnamədə bir cümlə də olsun yoxdur. Eyni zamanda qətnamədə Azərbaycan ordusunun geri çəkilməsi, pislənməsi, Laçın dəhlizindən Azərbaycan ordusunun uzaqlaşdırılması və s. birbaşa Azərbaycanın suveren hüquqlarına birbaşa ziddir. Bu da həm Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyanatına ziddir, hım də bölgədə sülhə xidmət etmir.

Və yaxud Fransanın bölgədə Azərbaycan qazına embarqo qoyulmasına çağırış belə həsas dönəmdə, xüsusilə Azərbaycan qazına göz dikmiş, Avropa İttifaqının digər üzvlərinə qarşı hörmətsizlikdir. Onların maraqlarını heçə saymaqdır. Fransa özü Azərbaycan qazı almır. Amma digər Avropa ölkələrinin Azərbaycan qazıa ehtiyacı var. Xüsusilə Rusiya qazına qadağa qoyulduqdan sonra bu çağırış, həm də Azərbaycana qarşı çox zərərli bir çağırışdır. Çünki Azərbaycanın bel sütunu enerji daşıyıcıları - neft və qazdır. Eyni zamanda Avropa ölkələri, xüsusilə Azərbaycanın qaz ixrac etdiyi İtaliya, Bolqarıstan, digər Balkan ölkələri, Albaniya, Yunanıstan və s. maraqlarının Fransa tərəfindən heçə sayılması deməkdir” - deyə politoloq əlavə edib.

Turab Rzayev bildirir ki, qətnamə layihəsində daha bir maraqlı məqam isə budur ki, güya bölgədə sülh yaratmağa çalışan senatorlar oraya bir maddə əlavə ediblər ki, onlar Ermənistana hərbi yardımı artırmalıdılar, erməni ordusunu gücləndirilməlidir

“Bu addım sülhə necə xidmət edə bilər? Sülhə xidmət etmək üçün hər iki tərəfin problemlərini görmək, hər iki tərəfi uzlaşdırmaq lazımdır. Yoxsa erməni tərəfini silahlandırıb, Azərbaycan tərəfini də sadəcə ittiham etmək sülhə xidmət etməyəcək. Fransa dövləti hər iki ölkə arasında öz əvvəlki mövqeyinə - vasitəçi mövqeyində qayıtsa, bu da sülh üçün daha maraqlı olar, sülhə dəstək olar. Təktərəfli mövqe tutub, Azərbaycana qarşı çağırışlar etmək, aydın məsələdir ki, regionda sülhə xidmət etməyəcək” - deyən politoloqun sözlərinə görə, qətnamə layihəsində açıq irqçilik var. Azərbaycanın 1 milyon qaçqınını saymayıb, 3-5 min ermənini qaçqın saymaq, Azərbaycan abidələrini, təhqir edilib-dağıdılmış islam abidələrini saymayıb, güya hansısa erməni abidəsinə zərər dəyib demək, açıq şəkildə irqçilikdir, faşizmdir.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »