Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyanın səfəri vacibdir, amma “sıçrayış” deyil” - Vardaryan
“Paşinyanın səfəri vacibdir, amma “sıçrayış” deyil” - Vardaryan
“İran Ermənistanla münasibətlərin dərinləşməsində maraqlıdır, çünki bu ölkənin onun regionda mövqelərini bərpa etməyə və möhkəmləndirməyə imkan verəcək dayaq olduğuna inanır”.

Bizimyol.info erməni medisəna istinadən xəbər verir ki, bunu iranlı ekspert Janna Vardanyan bildirib. Onun sözlərinə görə, o, səfəri irəliləyiş hesab etməyə meylli deyil, lakin o, əmindir ki, Paşinyanın Tehrana səfəri bu münasibətlərə müəyyən təkan verəcək.

Tehrana səfər təsadüfdürmü?

Erməni mediası yazır ki, Vardanyanın heç bir gizli alt mətn axtarmamağa çağırır. O, Soçi və Tehrana səfərlərin sadəcə olaraq üst-üstə düşdüyünə inanmağa meyllidir:

“Axı rəsmi səfərlər adətən əvvəlcədən planlaşdırılır və sammit demək olar ki, son anda məlum oldu. Bundan əlavə, Moskva ilə Tehran arasında münasibətlər kifayət qədər yaxşıdır, ona görə də vasitəçi xidmətlərə ehtiyac yoxdur”.

Ekspert eyni zamanda qeyd edib ki, İranı ölkə ətrafında gedən proseslərə daha fəal cəlb etmək Ermənistanın maraqlarına uyğundur.

“Üstəlik, Tehranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini, eləcə də onun üçün Sünik bölgəsinin əhəmiyyətini nəzərə alaraq, İran vasitəçilik rolunu oynamağa çalışır.

Raisinin təkcə Paşinyanı deyil, Əliyevi də ölkəyə dəvət etməsi buna işarədir.

Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, lakin onun üçün Qarabağın Ermənistana daxil olaraq qalması vacibdir. İran Sünik bölgəsində daha sərt davranır, ona görə bu qırmızı xəttdir. Dəfələrlə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlı bəyanatlar səslənib.

İrəvan nə istədiyini başa düşməlidir”.

Vardanyanın fikrincə, İranla maraqların üst-üstə düşməsi Ermənistana Sünik bölgəsini vurğulamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək: “Bu kontekstdə Kapanda Baş Konsulluğun açılması, ticarəti artırmaq niyyəti, eləcə də İranın Kacaranda tunel tikintisinə sərmayə yatırmaq təşəbbüsü müsbət haldır”.

İran böyük oyuna qoşulur

Vardaryanın sözlərnə görə, İranın Cənubi Qafqazdakı hərəkətləri birbaşa Tehranın Cənubi Qafqazda nüfuz bölgüsü üçün böyük oyuna qoşulmaq və İrəvanla Bakı arasında münasibətlərin həllində vasitəçi roluna can atmaq cəhdlərinə işarə edir.

“Tehran həmçinin Qarabağda müharibədən sonra pozulmuş güc balansını (Türkiyə, Rusiya və İran arasında) bərpa etmək istəyir.

İran başa düşür ki, Ermənistan onun üçün Avropaya alternativ yol, eləcə də Aİİ ölkələri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya) ilə münasibətləri dərinləşdirmək imkanıdır. Bundan başqa, İrəvan türk dünyası ilə mübarizədə Tehranın dəstəkçisidir”.

Ekspertin sözlərinə görə, son zamanlar İrandan aktiv şəkildə gələn təkliflərin səbəbi budur: Tehran İrəvanı müxtəlif təşəbbüslərə, o cümlədən iri logistik layihəyə cəlb etmək istəyir. Bu, “Fars körfəzi-Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizidir (Layihənin əsas ideoloqu Tehrandır, red.).

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »