Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Taxıl müqaviləsində Rusiyaya aid bənd yerinə yetirilmir"
Lavrov: "Taxıl müqaviləsində Rusiyaya aid bənd yerinə yetirilmir"

Rusiya bir daha BMT-nin baş katibi Antonio Quterreşi Rusiyadan ediləməsi nəzərdə tutulan ixracla bağlı taxıl sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırıb.

Biximyol.info xəbər verir ki, bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov İordaniyanın baş nazirinin müavini, xarici işlər naziri Ayman Hüseyn Abdulla əl-Səfadi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz bir daha BMT Baş katibinə öz təşəbbüsünə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməyi lə bağlı çağırış etdik və bu gün mən cənab nazir əs-Səfadi eləcə də onun həmkarları ilə bu barədə ətraflı danışdıq”, - deyə Lavrov bildirib.

Nazir Moskvanın hələ də Rusiya ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması baxımından heç bir nəticəyə əldə olunmadığını qeyd edib: “Bildiyiniz kimi, sövdələşmənin Ukrayna hissəsinin icrası bərpa olunub. Eyni zamanda, o vaxt BMT-nin baş katibi Quterreş tərəfindən təklif edilən, Rusiya gübrələrinin və taxılının ixracına hər hansı maneənin aradan qaldırılmasını nəzərdə tutan paketin ikinci hissəsi ilə bağlı hələ də heç bir nəticə görmürük”, - deyə Lavrov qeyd edib.

Lavrov bildirib ki, taxıl müqaviləsinin Rusiya ixrac hissəsinə yaxın gələcəkdə çox ciddi yanaşmaq lazımdır: “Bu paketin ikinci hissəsinə (taxıl sövdələşməsi - qeyd) gəldikdə, dediyim kimi, çox yaxın vaxtlarda ciddi tədbirlər görülməlidir, xüsusən ona görə ki, sözügedən gübrə və taxılın həcmindən danışsaq, Rusiya tərəfdən bu həcmlər Ukraynanın müvafiq malları ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »