Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan prezidenti Kiyevə 40 "BMP-1" gətirib
Yunanıstan prezidenti Kiyevə 40 "BMP-1" gətirib

Yunanıstan prezidenti Katerina Sakellaropulou ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Afina Makedoniya" xəbər agentliyi məlumat yayıb.

"Yunanıstan prezidenti Katerina Sakellaropulou Kiyevdədir və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq",- deyə məlumatda bildirilir.

Yunanıstanın “Ieidiseis.gr” xəbər portalı çərşənbə günü bildirib ki, Sakellaropulou milli Kiyevə səfəri zamanı müdafiə naziri Nikos Panagiotopoulos ilə birlikdə "BMP-1"in Ukrayna ordusuna təhvil verilməsi ilə mərasimində iştirak edəcək. Portal həmçinin Yunanıstanın Milli Müdafiə Nazirliyinin Ukraynaya əlavə miqdarda 155 millimetrlik sursat göndərməyə hazırlaşdığını iddia edib.

Mayın 31-də Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Almaniya kansleri Olaf Şolz arasında keçirilən görüşdə keçmiş GDR-də istehsal olunmuş (1994-cü ildə alınmış) "BMP-1"lərin Ukraynaya göndərilməsi və eyni vaxtda onların 1994-cü ildə qəbul edilmiş bərabər sayda alman istehsalı olan "Marder BMP" hərbi texnika ilə dəyişdirilməsi barədə razılıq əldə olunub.

KİV-in məlumatına görə, 1990-cı illərdə Yunanıstan Almaniyadan aşağı qiymətə təxminən 500 "BMP-1" almışdı ki, bu da AFR-in ADR ordusundan miras qalmışdı. Sonralar bu sovet "BMP-1"ləri təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırıldı. 185 "BMP-1" istifadəyə yararlı olaraq qalıb. Bu ilin sentyabr ayında Yunanıstanın Milli Müdafiə Nazirliyi Yunanıstanın Ukraynaya 40 "BMP-1" göndərəcəyini və bunun müqabilində eyni sayda Alman "Marderi" alacağını açıqlamışdı. Hələlik Yunanıstana cəmi beş "Marder 1A3" piyada döyüş maşını gəlib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »