Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəm qazından zəhərlənməni önləmək üçün nə etmək lazımdır?..
Dəm qazından zəhərlənməni önləmək üçün nə etmək lazımdır?..

Karbonmonoksit yəni dəm qazı, rəngsiz, dadsız, qoxusuz yanıcı zəhərli bir qazdır. Bədənə nəfəs yolları ilə daxil olan bu qaz birbaşa qana keçərək, oksigen qəbulunun qarşısını alır, zəhərlənməyə və ölümə səbəb olur. Havada çox miqdarda karbonmonoksit olduqda, bədən qırmızı qan hüceyrələrindəki oksigeni karbonmonoksitlə əvəz edir. Bu, ciddi toxuma zədələnməsinə və hətta ölümə səbəb ola bilər. Dəm qazı benzin, odun, propan, kömür və ya digər yanacaqların yandırılması nəticəsində yaranan rəngsiz, qoxusuz, dadsız qazdır. Yanlış havalandırılan cihazlar və mühərriklər təhlükəli səviyyələrdə karbonmonoksit yığılmasına səbəb ola bilər.

Azərbaycanda dəm qazı zəhərlənmələri əhali üçün sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib. Hər il payız-qış mövsümündə onlarla insan dəm qazının qurbamı olur. Maraqlısı budur ki, bu ölümlərin qarşısı alına bilər. Amma...

Karbonmonoksit zəhərlənməsinə səbəb nədir?

Həkim-terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nəfəs aldığınız havada karbonmonoksit çox olduqda, bədəndəki qırmızı qan hüceyrələri karbonmonoksitlə əvəzlənir. Bu, oksigenin toxuma və orqanlarınıza çatmasının qarşısını alır.

Məlahət Abbasova Məlahət Abbasova

“Doğulmamış körpələr, uşaqlar, yaşlılar, ürək xəstəliklərindən əziyyət çəkənlər dəm qazına qarşı daha həssas olur. Belə ki, dölün qan hüceyrələri karbonmonoksiti böyüklər qan hüceyrələrindən daha asan qəbul edir. Bu, doğulmamış körpələri karbonmonoksit zəhərlənməsinə daha həssas edə bilər. Uşaqlar böyüklərdən daha tez-tez nəfəs alırlar, bu da onları karbonmonoksit zəhərlənməsinə daha həssas edə bilər. Karbonmonoksit zəhərlənməsi keçirən insanlarda beyin zədələnməsi riski daha yüksək ola bilər. Anemiya və ya tənəffüs problemi olan insanlar da karbonmonoksitə məruz qaldıqları zaman ağır zəhərlənmə baş verə bilər” - deyən həkim bildirib ki, dəm qazından zəhərlənmə zamanı huşun itməsi, dəm qazına məruz qalmanın daha da ağırlaşdığının göstəricisidir. Onun sözlərinə görə, dəm qazından zəhərlənmə zamanı, daimi beyin zədəsi, ürəyin zədəənməsi,dölün ölümü, ölüm halı və s. ağır fəsadlar baş verə bilər.

Dəm qazından zəhərlənmə zamanı baş ağrısı, zəiflik, unutqanlıq, sinə ağrısı və çarpıntılar, yuxululuq, diqqət pozğunluğu, depressiya vəziyyəti, narahatlıq, yorğunluq və qrip əlaməti, başgicəllənmə, bulantı və ya qusma, nəfəs darlığı, bulanıq görmə, görmə itkisi, nəcis və sidik qaçırma, bayılma və qıcolmalar, koma, şüur itkisi müşahidə edilə bilər.

Zəhərlənmə zamanı ilk yardım...

Xəstə həmin mühitdən təmiz havaya çıxarılmalıdır. Huşu özündədirsə, bol maye verilməlidir. Huşu özündə deyilsə, süni tənəffüs verilməli və xəstəxanaya çatdırılmalıdır.

Dəm qazından zəhərlənməmək üçün...

Dəm qazının qurbanı olmamaq üçü evlərdə və iş yerlərində təbii qazla istifadə edilən cihazların saz vəziyyətdə olmasına diqqət yetirmək lazımdır.

Qaz istismarı üzrə mütəxəssis Bəxtiyar Vəliyev Bizimyol.info xəbər portalına bildirib ki, dəm qazından təkcə evlərdə və ya iş yerlərində deyil, avtomobildə də zəhərlənmək olur. Bu səbbədən də, avtomobilinizi işə salmazdan əvvəl qarajın qapısını açın. Heç vaxt avtomobilinizi qarajda işlək vəziyyətdə qoymayın.

“Təbii qaz cihazları kifayət qədər oksigenlə təmin edilməlidir. Pəncərələrdə oksigenin daxil olması üçün boşluqların olması vacibdir. Soba olan otaqlar tez-tez havalandırılmalıdır. Bacalar elə birləşdirilməlidir ki, qaz xaricə sızmasın. Heç bir sızma olmaması üçün xaricdən metal boru ilə birləşdirilməlidir. Bacaların və boruların təmiz və açıq olması təmin edilməlidir. Su qızdırıcıları standartlara uyğun olmalı, oksigen çatışmazlığı olan zaman öz-özünə söndürən tip seçilməlidir” - deyən mütəxəssis qeyd edib ki, zəhərlənmələr əsasən düzgün quraşdırılmamış sobalar, İran sobaları və hamam otaqlarına quraşdırılmış isidicilər səbəbilə baş verə bilir. Bu səbəbdən də hamam otaqlarında pəncərə gözlüklıər daim açıq olmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »