Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Azərbaycanla birlikdə Cənubi Qafqazda strateji siyasət həyata keçirir"
"Türkiyə Azərbaycanla birlikdə Cənubi Qafqazda strateji siyasət həyata keçirir"

Xəbər verdiyimiz ki, Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan qanun layihəsi ölkənin Böyük Millət Məclisində qəbul olunub. Azərbaycanın işğaldan azad edilən ərazisində (Ağdam rayonu) müvəqqəti yerləşdirildiyi açıqlanan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türk hərbçilərin mandatı (bir illik) bir il daha uzadılıb.

Xatırladaq ki, mandat bundan əvvəl də 2021-ci ildə bir il uzadılıb. Qeyd edək ki, bu mərkəz 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq yaradılmışdı. Mərkəzin məqsədi atəşkəslə bağlı monitorinqlər aparmaqdır.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Böyük Millət Məclisində Türkiyə Ordusunun Azərbaycanda qalma müddətini bir il də uzatması, Türkiyənin xarici siyasətində Azərbaycanın xüsusi yeri olduğunu göstərir. Türkiyənin təkcə Azərbaycanda deyil, Qətərdə, Suriyada və İraqda hərbi kontingenti var. Amma bu ölkələrdən fərqli olaraq, Azərbaycandakı Türkiyə hərbçiləri burada monitorinq mərəzində xidmət edirlər. Qarabağda müvəqqəti yerləşdirilmiş ruslarla birlikdə atəşkəsin qorunmasına nəzarət edirlər. Bununla yanaşı Türk əsgərinin hansı missiyanı daşımasından asılı olmayaraq, Azərbaycanda fəaliyyəti Azərbaycan milli maraqlarına cavab verir. Millət Məclisinin bu qərarı verməsi və bu uzatmanı təmin etməsi Azərbaycan üçün də xüsusi önəm daşıyır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Politoloq hesab edir ki, bir müddətdən sonra Türkiyənin Azərbaycanda hərbi bazası yaradılmalıdır. Hərbi doktrinada da dəyişiklikıər olmalıdır. Böyük Millət Məclisi və Türk dövləti bu məsələdə Azərbaycanın bu qərarına müsbət yanaşarlar. Türkiyə Böyük Millət Məclisi də bu haqda müsbət qərar verə bilər.

“İndiki geosiyasi reallıqlar fonunda Türkiyə Böyük Millət Məclisinin Türk Monitorinq mərkəzinin Ağdamdakı fəaliyyətini uzatmaması yanlış qərar ola bilərdi. Türkiyə buna getməzdi. Azərbaycanla birlikdə Cənubi Qafqazda strateji siyasət həyata keçirilir. Birgə koordinasiyalı siyasət ortaya qoyulub. Belə olan təqdirdə Türkiyənin hərbi cəhətdən Azərbaycana dəstək verməsi, təzkərini bir il də uzatması əlbətdə ki, bir çox istiqamətlərdə Türkiyənin Azərbaycana dəstək verməsinin nəticəsidir”,- deyən politoloq bildirib ki, Cənubi Qafqazda belə bir qərarın verilməsi, sülhə və təhlükəsizliyə xidmət edəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »