Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Ukraynaya verəcəyi yeni texnikaların vaxtını açıqlayıb
Pentaqon Ukraynaya verəcəyi yeni texnikaların vaxtını açıqlayıb

ABŞ 2023-cü ilin ortalarınadək “Vampire” pilotsuz uçuş aparatları ilə radioelektron mübarizə (REM) sistemlərini Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinə verəcək.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder qurumun brifinqində bildirib.

“HHM sistemləri prioritet olaraq qalır. Bu, diqqətimizi yönəltməyə davam edəcəyimiz və mümkün qədər tez işləyəcəyimiz şeydir. “Vampire”ə gəlincə, onların istehsalı üçün müqavilə yaxın aylarda bağlanacaq, tədarükə isə 2023-cü ilin ortalarından başlanılacağını gözləyirik”, - o deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »