Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, ölkədə ölüm hökmünə qoyulan moratoriumu, lazım gələrsə, “aşmaq olar”.
Bizimyol.info xəbər verir ki, siyasətçi bunu çərşənbə günü Ukraynayönlü "təxribatı" şərh edərkən qeyd edib.
"Müasir Rusiyada ölüm hökmünə moratorium var. Lakin bir daha vurğulayıram ki, hətta mövcud konstitusiya çərçivəsində belə, ölüm cəzasına qoyulmuş moratorium, lazım gələrsə, Rusiya Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini dəyişdirməklə aradan qaldırıla bilər. Söhbət xalqımızın, dövlətin və cəmiyyətin mənafeyini qorumaq üçün vasitə seçməkdən gedir", - deyə o, çərşənbə günü Telegram kanalında yazıb.
Medvedev qeyd edib ki, Rusiyada moratorium çox humanistdir. O, nüvə silahı olan digər böyük ölkələrdə (ABŞ, Çin, Hindistan) belə qanunların olmadığını diqqətə çatdırıb.
Bu yazısında Medvedev: "Rusiya ərazisində müxtəlif təxribatçılar fəaliyyət göstərməyə başlayıblar (Sarı-göy rənglərlə bəzi əştalarla guya Ukrayna bayrağını tərənnüm edilir).
O cümlədən Ufada bir neçə gənc əcnəbi tələbələr dəmir yolu obyektini iflic edib - guya Rusiyanın "siyasəti ilə razılaşmadıqları üçün" bunu edtdiklərini bildirirlər", - Təhlükəsizlik Şurası rəhbərinin müavini bildirib.
“Yəni biz bu qəribələri qəbul etdik, onlara təhsil almaq imkanı verdik, buna cavab olaraq terror aktları və təxribatlarla qarşı-qarşıya qalmışıq. Elə həmin sırada vətəndaşlar “bizimkilər”, belə desək, hərbi komissarlıqları yandırır, digər dövlət obyektlərini dağıtırlar. Mən Ukrayna terrorçularının ərazimizdə vətəndaşlarımızı öldürməsindən danışmıram”, - deyə o əlavə edib.
Eyni zamanda, o qeyd etdi: "Tamamilə yuyulmuş beyinlərdir, təəssüf ki, indi bu, adi bir şeydir", - deyib. Medvedevin sözlərinə görə, məsələ hətta konkret hallarda - təkcə nə ruslarla, nə də əcnəbilərlə bağlı deyil.
“Belə əclafların bircə hökmü var idi - məhkəməsiz, istintaqsız edam. Elə cinayət etdiyi yerində. Çünki əgər sən müharibə vaxtı belə cinayət törətmiş vətən xainisənsə, sənin nə yaşın, nə milliyyətin, nə də canını qorumaq hüququnun var”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
Qadir, Bizimyol.info