Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiya ilə münasibətlərin perspektivindən danışıb
Zelenski Rusiya ilə münasibətlərin perspektivindən danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının terrorçu ölkə olduğu üçün Rusiya ilə danışıqların müzakirə edilə bilməyəcəyini vurğulayıb: "Müharibənin sonu isə yalnız Ukraynanın Donbass və Krım da daxil olmaqla, müvəqqəti işğal etdiyi bütün əraziləri geri qaytarması ilə baş verəcək", - deyib.

Bizimyol.info xəbər verir ki, bunu Çexiya televiziyasına müsahibəsində prezident Vladimir Zelenski deyib. O qeyd edib ki, kiminsə onu ruslarla razılaşmalara sövq edib-etməməsi onun üçün fərqi yoxdur.

"Biz artıq orada olmuşuq (müqavilələrdə). Orada bizim üçün yeni heç nə yoxdur və sürpriz gözləmirik. Mən bu hekayənin necə bitəcəyini artıq bilirəm", - o deyib.

Zelenski qeyd edib ki, Rusiya hökuməti diplomatik yolla getmək əvəzinə sadəcə yalan danışır. Ona görə də onun fikrincə, Kremllə danışıqlardan söhbət gedə bilməz.

“Dünən bizə dedilər ki, müharibəni dayandırmaq istəyirlər, bu gün isə 54 raketlə bizə hücum etdilər. Onlar dəlidir, xəstədirlər? Yarım gündə 54 raketlə bizə hücum edirlərsə, onlarla nə danışaq? Onlar sanki başqa planetdə yaşayırlar”, - deyə Zelenski vurğulayıb.

Prezident deyib ki, əraziləri tam azad olmayınca Rusiya ilə heç bir kompromis olmayacaq, Ukraynaya yalnız tam qələbə lazımdır: "Söhbət kompromisdən getmir. Əlbəttə - yalnız qələbə! Amma onlar geri addım atmalı, geri çəkilməlidirlər. Onlar bizim bu ərazilərimizi işğaldan azad edənə qədər gözləyə bilərlər. Biz çox insan itirəcəyik, onlar da çox adam itirəcəklər. Və bu faciədir. Çünki onlar bizim sərhədlərimizdən kənara çəkilə bilərlər. Və bundan sonra deyə bilərlər: “Gəlin” kompromis yox, qarşıdakı yüz ildə necə yaşamaq üçün hansısa həll yolu axtaraq” - biz də bu barədə mövqeyimizi bildirək", - deyə prezident bildirib.

“Sərhədlərimizdən kənarda, xüsusən də Krımdan, çünki bura bizim ərazimizdir. Çünki əks halda Krım və Donbasdan imtina etmək istəməsələr, bu, müharibənin dayanmadığı anlamına gələcək”, - deyə Zelenski bildirib.

Zelenski vurğulayıb ki, artıq kifayət qədər razılaşmalar var. Ukrayna praqmatik münasibətlər qurmalıdır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »