Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya taxıl müqaviləsinə qayıdır
Rusiya taxıl müqaviləsinə qayıdır

"Rusiya Ukraynadan taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət alaraq taxıl sazişində iştiraka qayıdır".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə günü məlumat verib.

Nazirlikdə verən açıqlamada qeyd edib ki, bu, BMT və Türkiyənin vasitəçiliyi sayəsində baş tutub: “Kənd təsərrüfatı məhsullarının ixracı maraqları naminə müəyyən edilmiş humanitar dəhlizdən və Ukrayna limanlarından Rusiya Federasiyasına qarşı döyüş əməliyyatları üçün istifadə olunmaması ilə bağlı Birgə Koordinasiya Mərkəzinə (BKM) göndərilən lazımi yazılı zəmanətləri Ukraynadan almaq mümkün olub. 2022-ci il noyabrın 1-də bu zəmənətin daxil olması ilə Rusiya yenidən taxıl sazişində qayıtmaq qərarına gəlib”, - Müdafiə Nazirliyi qeyd edib.

Nazirlikdə vurğulandığı kimi, Ukrayna tərəfi “dəniz humanitar dəhlizindən yalnız Qara Dəniz Təşəbbüsünün müddəalarına və BKM ilə bağlı müvafiq qaydalara uyğun istifadə ediləcəyinə” rəsmi əminlik verib.

"Rusiya Federasiyası hesab edir ki, hazırda alınan təminatlar kifayətdir və sazişin icrasını bərpa edir", - nazirlik bildirib.

Bu barədə oktyabrın 29-da Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayaraq

Ukrayna tərəfindən Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı terror aktı törətdildiyini iddia etmişdi və bundan sonra Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasının dayandırılması haqqında qərar qəbul etmişdi.

Elə həmin gün gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarın milyonlarla acliq cəkən Afrika xalqlarını daha da çətin vəziyyətə sala biləcəyini bildirmişdi: "Mən hər iki ölkənin rəhbəri ilə əlaqə saxlayacam, çünki biz insanların fəlakətli vəziyyətə düşməsinə yol verə bilmərik", - demişdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »