Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sabah Brüsseldə hansısa komissiyalar müəyyən razılaşma əldə edə bilər"
"Sabah Brüsseldə hansısa komissiyalar müəyyən razılaşma əldə edə bilər"

Sabah, noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclası keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan məlumat verib. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan başçılıq edəcək.

2020-ci il 44 günlük müharibədən sonra dəfələrlə hətta liderlər səviyyəsində Brüssel görüşləri keçirilsə də, görünən odur ki, bu görüşlər də ATƏT-in Minsk qrupunun fəaliyyətinə bənzəyir. Yəni var, amma nəticə yoxdur. Bu görüş də nəticə baxımından ümidverici deyil. Yəni sıradan, danışıqlar masası, sıradan müzakirələr, ənənəvi sənəd imzalamaları və icra etməyən Ermənistan.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsi üçün sərhəd komisisyalarının fəaliyyəti önəmlidir. Yəni sərhədlərin delimitasiya və demorkasiya işlərinin aparılması, birbaşa sülh müqaviləsinə gedən yolun tərkib hissəsidir.

Samir Hümbətov Samir Hümbətov

“Belə olan halda biz əslində komissiyaların fəaliyyətinin daha da intensivləşdirilməsinin tərəfdarıyıq. Nəzərə almalıyıq ki, Brüsseldə keçirilən görüşlərdə belə bir nüans var komissiyaların fəaliyyəti xəritələr üzərində həyata keçiriləcək. Yəni sərhəd xəritələri ortaya qoyulacaq.

Məsələn deyək ki, 1918-1920-ci illər, 20-30, 30-50, 50-90-cı illər və s. xəritələr ortaya qoyulmalıdır. Hərhalda bu xəritələrin ortaya qoyulması bizim üçün vacibdir. Bu xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında da var. Eyni zamanda Azərbaycanın Paris Sülh Konfransı zamanı da ortaya qoyduğu xəritə var ki, o beyməlxalq birlik tərəfindən tanınıb. Həmin xəritələr də var. Hesab edirəm ki, bu da Fransada var. Hər halda Avropa Birliyinin arxivlərində də böyük ehimalla var. Bütün xəritələr ortaya qoyulmalıdır” - deyən politoloq bildirib ki, “Valday” diskusiya klubuna və ya Soşi görüşünə nəzərən demək olar ki, Rusiya bütün cəhdlə özünü orada göstərməyə çalışır.

Politoloq hesab edir ki, sərhədlərin delimitasiya, demasrkasiya məsələsində də tam nəticənin əldə edilməsi, məhz Rusiyanın orda olması ilə inandırıcı görünmür. Çünki ya Rusiya öz maraqlarına uyğun xəritələri ortaya qoymaq istəyəcək. Bu da Azərbaycanın və yaxud Ermənistanın maraqlarına uyğun gəlmədiyi üçün qəbul edilməyəcək. Və yaxud da, prosesin uzadılması yolu izləniləcək.

“Ola bilsin, Brüsseldə hansısa komissiyalar müəyyən bir razılaşma əldə edə bilər. Amma bu komissiyaların fəaliyyətinin nə dərəcədə sənəd üzərindən praktiki olaraq, həyata keçiriləcəyi artıq zaman göstərəcək. İndiki halda hətta liderlər səviyyəsində keçirilən 4 Brüssel, bir Praqa, 2 Soçi görüşü və 1 Moskva görüşü hansısa bir nəticə verməyib. Yəni iki il ərzində liderlər səviyyəsində 7-8 görüş keçirilib ki, demək olar heç bir nəticə verməyib. Yəni sənəd imzalanıb, Ermənistan icra etməyib. Yəni bu görüşdən nəticə gözləmək də o qədər ümidli deyil. Yenə də hansısa bir sənədin imzalanması mümkündür. Amma onun praktik olaraq həyata keçirilməsini zaman və hadisələrin gedişi göstərəcək” - deyə politoloq vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »