Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın uğursuz raket buraxılışı regionda gərginliyi artırıb
Şimali Koreyanın uğursuz raket buraxılışı regionda gərginliyi artırıb

Şimali Koreyanın çərşənbə günü qəbuledilməz raket buraxılışı həyata keçirib. Pxenyanın atdığı raketlərdən biri Cənubi Koreya Respublikasının ərazi suları yaxınlığına düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

“Şimali Koreyanın bugünkü buraxılışından sonra raket Koreya yarımadasının bölünməsindən sonra ilk dəfə şimal sərhəd xəttinin cənubundakı ərazi sularımızın yaxınlığına düşüb. Bu, görünməmiş haldır və qəbuledilməzdir”,- komitədən bildiriblər. Onlar əlavə ediblər ki, Cənubi Koreya ordusu buna sərt cavab verəcək.

Yonhap xəbər verir ki, noyabrın 2-də Cənubi Koreya ordusu qırıcı təyyarələrdən şimal sərhəd xəttinin şimalındakı açıq dənizə üç “hava-yer” raketi atıb.

Seulun məlumatına görə, KXDR Yapon dənizinə doğru üç qısa mənzilli ballistik raket atıb. Buraxılış Qanqvon əyalətinin Vonsan şəhərindən yerli vaxtla saat 08:51 radələrində həyata keçirilib. Raketlərdən biri Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal sərhəd xəttinin cənubuna düşüb. Raket Cənubi Koreyanın Ullenqdo adasına doğru uçub və burada hava hücumu xəbərdarlığı elan edilib. Ulleunqdodan 167 km şimal-qərbdə və Sokçodan 57 km şərqdə dənizə düşüb.

Qeyd edək ki, Yaponiya da KXDR-in atdığı raketdən narahatlıq keçirib. Yapon mühafizəçiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, KXDR tərəfindən buraxılmış raketin, ballistik raket olduğu ehtimal edilir.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumatların təhlili və toplanması yolu ilə yığılan böhran qərargahı işə başlayıb. İlin əvvəlindən KXDR 29 raket buraxılışı həyata keçirib, onlardan 23-ü müxtəlif növ ballistik raketlərin buraxılışı olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »