Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Termal görüntülərlə ələ keçirilən parollar: məlumatlarımızı necə qoruya bilərik...
Termal görüntülərlə ələ keçirilən parollar: məlumatlarımızı necə qoruya bilərik...
Tədqiqatlar göstərir ki, istifadəçilərin barmaqlarının ucları tərəfindən yayılan istilik xakerlərə istifadəçi parollarını sındırmağa kömək edə bilər. Termal kameralar sayəsində barmaq ucunun buraxdığı istiliyi klaviaturada qeyd edə bilən süni intellekt dəstəkli “ThermoSecure” sistemi 20 saniyə ərzində çəkilmiş termal görüntülərlə parolların 86 faizini, 30 saniyə ərzində əldə edilən görüntülərlə parolların 76 faizini, və 60 saniyə ərzində parolların 62 faizini əldə edə bilər.

İstiliyi təsbit edən termal kameraların qiymətlərinin ucuzlaşması və texnoloji inkişaflar xaker hücumlarına bir yenisini əlavə etdi. Xakerlər klaviaturadakı barmaq izləri sayəsində texnoloji cihazlarda hədəf aldıqları istifadəçilərin şifrələrini ələ keçirə bilirlər.

Klaviatura və ekranda barmaq uclarının buraxdığı istilik izlərini analiz edərək, kompüter və smartfon istifadəçilərinin parollarını saniyələr ərzində təxmin etmək üçün süni intellektin dəstəyi ilə hazırlanan “ThermoSecure” adlı sistem, istifadəçiləri termal hücumlara qarşı həssas edir. Araşdırmalara görə, “ThermoSecure” hətta 16 simvoldan ibarət uzun parolları 20 saniyə ərzində 67 faizlə uğurla tapa bilir.

Proqram, eyni zamanda istifadəçilər parollarını kompüter klaviaturasında, smartfon ekranında və ya ATM klaviaturasında daxil etdikdən sonra bir qədər istilik buraxır. Termal görüntülərdə bir sahə nə qədər parlaq görünürsə, demək ki, həmin sahəyə çox yaxın vaxtlarda toxunulub və parol qeyd edilib.

Daha sıx sahələri ölçməklə, parolu təşkil edən xüsusi hərfləri, rəqəmləri və simvolları müəyyən etmək, həmçini onların istifadə qaydasını proqnozlaşdırmaq mümkündür. Bu yolla xakerlər istifadəçilərin parollarını sındırmaq üçün müxtəlif kombinasiyaları sınaya bilirlər.

Şifrələri termal kameralarla izləmək bu an üçün ağlasığmaz görünsə də, hədəfi bəlli edilmiş hücumlarda kritik mövqelərdə olan insanların parollarını sındırmaq istəyən kibercinayətkarlar üçün bu, yeni bir üsul ola bilər. Həmin fəaliyyətin qarşısını almaq üçün isə iki faktorlu autentifikasiyadan istifadə edilməlidir və parollar daha uzun və daha mürəkkəb olmalıdır.

Şifrələr nə qədər qısa olarsa, kibercinayətkarların məqsədlərinə çata biləcəyinin də bir o qədər yüksək olduğunu unutmamalıyıq. İstifadəçilərin təhlükəsizliyi üçün görə biləcəkləri tədbirləri aşağıdakı 4 maddə ilə ümumiləşdirə bilərik:

1- Parollarınızı nəzərdən keçirin

Termal hücum metodunda 12 simvoldan ibarət parolları 82%, 8 simvoldan ibarət parolları 93%, daha az simvollu parolları isə təxminən 100% bilmək olar. Bu səbəbdən, daha qısa olanlar yerinə uzun və təxmin edilməsi çətin olan parollardan istifadə etmək lazımdır.

2- Arxa işıqlı klaviaturalardan istifadə edin

Termal hücumlar qarşısında işıqlı klaviaturalardan istifadə etmək və xakerlərin yeni üsulu klaviaturanızın daha çox istilik yaratmasına imkan verir. Beləliklə, termal analizlər və xakerlər üçün “zəfər” əldə etmək çətinləşir.

3- Klaviaturanızın düymələrinin hansı materialdan hazırlanmasına diqqət yetirin

Termal hücum üsulu ilə istifadəçilərin parollarını ələ keçirməyə çalışan xakerlər üçün də istifadəçilərin klaviaturalarının üzərindəki düyməciklərin nədən düzəldildiyi olduqca önəmlidir. O qədər ki, ABŞ-də hazırlanmış düymələr PBT-dən hazırlanmış düymələrə nisbətən daha uzun müddət istiliyi saxlaya bilir.

4- Hesablarınızı əlavə üsullarla qoruyun

Hesablarınızı yalnız bir parolla qorumaqdansa, əlavə autentifikasiya üsulları ilə mühafizə olunmasını təmin etmək, sizə xakerlərin termal hücumlarına qarşı əlavə “müdafiə səddi” çəkməyə imkan verir. Buna görə də, hesablarınızı həmişə 2 faktorlu autentifikasiya üsulları ilə qorumaq, hətta parolunuz oğurlansa belə, hesabınıza girişin qarşısını alacaq.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »