Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsində şəhid olan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən idman yarışı keçirilib
Vətən müharibəsində şəhid olan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən idman yarışı keçirilib

Noyabrın 1-də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş gənclər arasında  taekvondo üzrə Dövlət Gömrük Komitəsinin birinciliyinin açılış mərasimi  keçirilib.

Mərasimdən öncə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və gömrük əməkdaşları İkinci Şəhidlər xiyabanına gələrək Ülvi Hacıyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

şəhid Ülvi Hacıyevin məzarı

Tədbirin açılış mərasimində şəhid Ülvi Hacıyevin valideyinləri, Vətən müharibəsi şəhidlərinin övladları, qazilər, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Şahin Bağırov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin mükəmməl hərbi quruculuq konsepsiyasını uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəlik qətiyyəti, Milli Ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandıq.

Ölkəmizin bütün gəncləri kimi,  xeyli sayda gömrük əməkdaşının da döyüşlərdə iştirak etdiyini, Ülvi Hacıyevin şəhidlik zirvəsinə ucaldığını bildirən Şahin Bağırov  toraqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və açıq birincilikdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin əsl qəhrəmanlıq  nümunəsi göstərdiyini bildirib,  idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq şəhid Ülvi Hacıyevin xatirəsinə həsr edilən bu yarışın istər gənc idmançıların yetişməsi, istərsə də onların yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi baxımından əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra müxtəlif çəki dərəcələrində qalib gələn idmançıların mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, gənclər arasında taekvondo üzrə Dövlət Gömrük Komitəsinin açıq birinciliyində 21 komandada qızlar və oğlanlardan ibarət 94 idmançı iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »