Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek ilə görüşüb
SOCAR prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek ilə görüşüb

2022-ci  il noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.

Milan Sedlaçek Çex televiziyasının "Xaricdən mənzərələr" proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »